Azərbaycanda kadr ehtiyatının yaradılması prioritetdir

[ad_1] Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatı yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “24 yanvar – Beynəlxalq Təhsil Günü bu il süni intellekt və təhsil mövzusuna həsr edilib. Rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir”, – nazir qeyd edib. [ad_2]

Daha çox

SOCAR Yaponiya bankı ilə tərəfdaşlığın gücləndirilməsini müzakirə edib

[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, JBIC-nin idarəedici direktoru Nobumitsu Hayaşi ilə məhsuldar görüşü olub: “Müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) imzalanmış Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişinin əhəmiyyətini vurğulanıb. Biz innovativ “yaşıl həll”ərə dəstək vermək, bərpa olunan enerji layihələrini təşviq etmək, yeni biznes imkanlarını araşdırmaq və…

Daha çox

SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır

[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “OliverWyman Group” şirkəti ilə enerji sektoru üçün innovativ həllərə diqqət yetirərək yeni əməkdaşlıq imkanlarını araşdırıb. SİA xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. O, ABŞ-ın “Oliver Wyman Group” şirkətinin prezidenti və Baş icraçı direktoru Nik Stader (Nick Studer) ilə görüşüb. “Aşağı karbonlu texnologiyalar və rəqəmsal transformasiya sahəsində irəliləyişlər daxil olmaqla dayanıqlı inkişafın təmin edilməsi üçün SOCAR-ın hazırkı təşəbbüslərini müzakirə etdik”, – deyə R.Nəcəf qeyd edib. Qeyd edək ki, “OliverWyman Group” – idarəetmə və məsləhət xidmətləri göstərən…

Daha çox

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir

[ad_1] Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə adekvat risklərin idarə edilməsi modeli formalaşdırılacaq. SİA Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir ki, bu məsələ qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankının (AMB) və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin rəhbərliyinin, yerli bankların rəhbərlərinin və komplayens üzrə mütəxəssislərinin iştitrakı ilə keçirilmiş görüşdə müzakirə edilib. Tədbirdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi zamanı bankların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. 60-dan çox nümayəndənin iştirak…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

[ad_1] Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76ABŞ dolları, yaxud 0,93 % azalaraq 81,23 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.92% – 44,565.07 bəndədək, S&P 500 indeksi 0.53% – 6,118.71 bəndədək, Nasdaq indeksi isə 0.22% – 20,053.68 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 23-də FTSE 100 indeksi 0.23% – 8,565.20 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.70% – 7,892.61 bəndədək, Almaniyanın DAX indeksi 0.74% – 21,411.53 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.36% artaraq 1.0452 dollar təşkil edib. [ad_2]

Daha çox

AMB “Azərpoçt”a icrası məcburi göstəriş verib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, dövlət şirkəti 2024-cü ilin sonuna prudensial hesabatlarında “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələblərini pozub, gecikmə ilə təqdim edib. Odur ki, “Poçt haqqında” qanunun 13-4.4.6-cı maddəsinin tələbləri rəhbər tutalaraq, “Azərpoçt”a bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. [ad_2]

Daha çox