“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

[ad_1] “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri Zəfər küçəsində yerləşən Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq. Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 9:00 – 17:00 aralığında, bazar günləri isə 9:00 – 16:00 aralığında müəyyən edilib. Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci,…

Daha çox

AMB hesabatlılıqla əlaqədar iki şirkəti cərimələyib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “Merano-Baku” ASC və “VMF” şirkətinin hər birini 2 000 manat cərimələyib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. [ad_2]

Daha çox

Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

[ad_1] Hesablama Palatası ı “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib. Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib. Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə…

Daha çox

“Azəriqaz”ın rəhbəri Salyan sakinləri ilə görüşüb

[ad_1] Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb.…

Daha çox

Davos Forumu dünya iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır

[ad_1] Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə dövrün aktual məsələləri ətrafında geniş müzakirələr aparıldı Bu gün 55-ci Dünya İqtisadi Forumu öz işini başa çatdırır. Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Forum qlobal çağırışları müzakirə edib ortaq mövqeyin ortaya qoyulması, səylərin birləşdirilməsi üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir araya gətirdi. Ümumilikdə Davos İqtisadi Forumunun iqtisadi xarakter daşıdığını nəzərə alsaq bu mötəbər beynəlxalq tədbirin hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında, dövrün…

Daha çox

“Turan Bank” və onun vəzifəli şəxsi cərimələnib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “Turan Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə, Bank 20 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib. [ad_2]

Daha çox

Qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənildiyi aşkarlanıb

[ad_1] Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sosial təminat xidmətləri çərçivəsində dövlət büdcəsi hesabına artıq xərcləmələrə yol verilib. Sanatoriya-kurort yollayışları üzrə dövlət vəsaitlərindən 1 040 manat artıq vəsait sərf olunub, bəzi şəxslərə isə qanunvericiliyə zidd olaraq təkrar yollayışlar verilib. Həmçinin, aktiv əmək müqaviləsi olan şəxslərə və ya sosial sığorta haqqı ödəyən vətəndaşlara qanunsuz olaraq yollayışlar təqdim…

Daha çox

Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib

[ad_1] Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb. “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış…

Daha çox

Hesablama Palatası nöqsanlar aşkar edib

[ad_1] Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindә inzibati binalarının tikintisi başa çatsa da, onlar istismara qәbul edilmәyib. Azərbaycana qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi üçün ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız birində – Qazax rayonundakı “Qırmızı Körpü”də nәzarәt-keçid mәntәqәsi tikilib. Bu isə qida tәhlükәsizliyi istiqamәtindә operativ tәdbirlәr görməyə imkan vermir. Agentlik Dövlәt Proqramının tәlәbinә uyğun olaraq…

Daha çox

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb

[ad_1] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. SİA şirkətə istinadən xəbər verir ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri, Zəfər küçəsindəki Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq. Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib. Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə…

Daha çox