Qlobal iqtisadiyyat tələyə düşüb

[ad_1] Dünya İqtisadi Forumunda gəlinən qənaətlər… Son onilliklər ərzində dünyada əmək məhsuldarlığı (LP) yalnız bir qədər artıb. Dünya İqtisadi Forumunun (WEF) araşdırmasına görə, qlobal şirkətlərin demək olar ki, yarısında artım deyil, məhsuldarlığın azalması müşahidə olunur. Məhsuldarlığın sıfıra yaxın artımı mühüm sosial və hətta siyasi hadisələrə səbəb olur. Bir çox ölkələrdə gəlirlər durğunlaşır və orta təbəqə eroziyaya məruz qalır. Bunun ardınca qeyri-sabitlik və narazı əhalinin hökumətə inamının sürətlə itirilməsi gəlir. Qlobal məhsuldarlığın artımı son onilliklərdə təsirli şəkildə dayanıb və 2008-ci ildən bəri qlobal artımın yavaşlamasının yarısından çoxu məhsuldarlığın durğunluğu ilə əlaqələndirilə…

Daha çox

170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

[ad_1] Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verib. Məlumata görə, 170 nömrəli marşrut üzrə hüquqi şəxs “”Xaliq Faiqoğlu” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub. Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.…

Daha çox

Üçüncü milli Ro-Pax tipli bərə-gəmi gələn ilin birinci rübündə təhvil veriləcək

[ad_1] “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçüncü milli Ro-Pax tipli bərə-gəmini gələn ilin birinci rübündə təhvil verməyi planlaşdırır. SİA ASCO-ya istinadən xəbər verir ki, qurumun iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda yerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsi üzrə işlərinin 88 %-i artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82 %-i icra edilib. Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki,…

Daha çox

Qoruqları İdarəetmə Mərkəzi sığortaçı seçir

[ad_1] Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi balansındakı 7 ədəd xidməti minik avtomobilinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 17,5 manatdır. İddiaçılar təkliflərini fevralın 12-nə qədər Mərkəzin yerləşdiyi Bakı Şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 90A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. [ad_2]

Daha çox

Ağstafa–Bakı qatarı sərnişinlərin qanunsuz hərəkəti nəticəsində ləngiyib

[ad_1] Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin Ağstafa–Bakı qatarının mənzil başına gec çatmasına, digər sərnişinlərin ciddi narahatlığına səbəb olub. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Belə ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb. Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları onları…

Daha çox

Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib

[ad_1] “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib. Mərkəzi Bankdan SİA-ya bildirilib ki, sədrliyi Mərkəzi Banka həvalə edilmiş Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin yekunları üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub. Həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması…

Daha çox

KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib

[ad_1] 2024-cü ildə KOB evlərində sahibkarlara ümumilikdə 455 944 xidmət göstərilib. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agetliyinə istinadən xəbər verir. Məlumata görə, bu xidmətlərin 307 mindən çoxu “Bakı KOB evi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu “Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzinin payına düşür. KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək…

Daha çox

Əkin sahələrinə görə veriləcək subsidiyanın miqdarı açıqlanıb

[ad_1] Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar. SİA xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, arpa və buğda üzrə azad edilmiş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara görə 400 manat, həmin ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərdə isə 140 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. “Digər ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərin hər hektarına…

Daha çox

“Bitcoin” 100 min dollardan aşağı düşüb

[ad_1] Ötən həftə rekord qıran kriptovalyuta bazarı bu həftəyə mənfəət satışları ilə başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Bitcoin” 100 min dollardan aşağı düşüb. ABŞ prezidenti Donald Trampın kriptovalyuta tərəfdarı olması və kriptovalyutaları dəstəkləyən şəxsi SEC-in rəhbəri təyin etməsindən sonra rekordlar ardınca rekord qıran kriptovalyutalar yeni həftəyə enişlə başlayıb. “Bitcoin” 5,83 faiz azalaraq 98 000 dollara düşərkən, ikinci ən yüksək həcmli kriptovalyuta “Ethereum” 7,65 faiz azalaraq 3 086 dollara düşüb. “Solana” 12,33 faiz dəyər itirərkən, “Dogecoin” 10,83 faiz dəyər itirib. Bu ucuzlaşmalarla kriptovalyuta bazarının ümumi dəyəri 6,43 faiz…

Daha çox