Dünya bazarlarında neftin qiyməti artıb

[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,28% artaraq 1 barelə görə 76,39 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,26% azalaraq 1 barelə görə 73,36 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

Azərbaycan Metrologiya İnstitutu auditor seçir

[ad_1] Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 15,5 manatdır. İdddiaçılar təkliflərini fevralın 12-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 12-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Professional Financial Experts” MMC olub. Şirkətə 2,35 min manat ödənilib. [ad_2]

Daha çox

“Birbank” mobil tətbiqində yaranan narahatlıqla bağlı açıqlama…

[ad_1] Hazırda “Birbank” mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. SİA xəbər verir ki, bu barədə “Kapital Bank”dan verilən məlumatda bildirilir. “Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də “Apple Pay” və “Google Pay” ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, – bankın məlumatında deyilir. [ad_2]

Daha çox

İqtisadi Şuranın iclası keçirilib

[ad_1] Yanvarın 27-də İqtisadi Şuranın iclası keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların…

Daha çox

Əmlak bazarında artım stabil olaraq davam edir

[ad_1] Son illərdə iqtsadiyyatda baş verən artımların və geo-siyasi vəziyyətin sabitləşməsi ölkəmizdə daşınmaz əmlak bazarına öz təsirini göstərmişdir. Postpandemiya dövründə daşınmaz əmlak bazarında qiymətlərin sürətli artımı baş vermişdir. Torpaqlarımız işğaldan azad edilib və orda infrastrukturun bərpası prosesi başlayıb. Əsasən də bu artım paytaxtın mərkəzi və infrastrukturun daha yaxşı inkişaf etdiyi sahələrdə baş vermişdir. Xüsusən də şəhərin ”İçəri şəhər” “Ağ şəhər”, ”Xocalı”, “Yusif Səfərov”, “Həsən Salmani”, “Mehdi Mehdizadə” və sair kimi mərkəzi küçə və prospektlərdə surətli artım müşhidə olunur. Nəticədə ölkəyə investisiya axını və maraq güclənib. Azərbaycanda yeni reallıqlar və iqtisadi…

Daha çox

Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq

[ad_1] Prezident İlham Əliyev “İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq. Xatırladaq ki, İqtisadi Şura Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi ilə yaradılıb. [ad_2]

Daha çox

Azərbaycanda avtomobil yolları istifadəçilərinin məsuliyyəti artırılıb

[ad_1] Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib: – ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır; – buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir. Bundan başqa, yeni qanunla…

Daha çox

20 milyona yaxın sərnişin QR biletdən istifadə edib

[ad_1] 2024-cü ildə “Bakı Metropoliteni” QSC-nin 19 509 335 sərnişini QR biletdən istifadə edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, ödəniş etmiş sərnişinlərin 8,75%-ni təşkil edir. QR biletdən ən çox istifadə edilən stansiyalar “28 May” (1 705 798 sərnişin), “Gənclik” (1 594 534 sərnişin) və “Koroğlu” (1 434 163 sərnişin) olub. [ad_2]

Daha çox