Ödənişli xidmətlərdən büdcəyə daxilolmalar 33 %-dən çox azalıb

[ad_1] 2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 547,9 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33,4 % azdır. Bu barədə SİA-ya Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, ötən il dövlət büdcəsinə sair daxilolmalar isə 1 milyard 21,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. [ad_2]

Daha çox

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 20 % artıb

[ad_1] 2024-cü ildə Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 20,1 % çoxdur. Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar büdcə gəlirlərinin 0,1 %-ni təşkil edib. [ad_2]

Daha çox

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb

[ad_1] 2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib. dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət…

Daha çox

ARDNF ötən il büdcə öhdəliyini tam icra edib

[ad_1] 2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər – 12 milyard 781 milyon manat vəsait transfert edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur. Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4 %-ni təşkil edib. [ad_2]

Daha çox

Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb

[ad_1] 2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 4,8 % az və 6,3 % çoxdur. Son nəticədə icmal büdcədə 5 milyard 80,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən təxminən 2 dəfə azdır. [ad_2]

Daha çox

BP “Şahdəniz” yatağından aşağı təzyiqli qaz hasilatına başlayacaq

[ad_1] “BP-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ilk aşağı təzyiqli qazın hasilatını 2029-cu ilin ortalarına planlaşdırır. Bu barədə SİA-ya şirkətdən məlumat verilib. Şirkət qeyd edib ki, qaz yataqlarının işlənməsi zamanı lay təzyiqinin azalması təbii bir prosesdir və bu, qaz hasilatının həcminin tədricən azalmasına səbəb olur: “Bu vəziyyətdə qazın kompressiyası neft-qaz sənayesində geniş tətbiq edilən və özünü doğruldan bir texnologiyadır. Aşağı təzyiqli qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşası planlaşdırılır. Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur: – Elektrik…

Daha çox

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artır

[ad_1] Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi hər il əvvəlki illə müqayisədə artıb. 2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 127 milyon manat təşkil edib və bu, 2020-ci illə müqayisədə 5,3 faiz və ya 901,1 milyon manat az olub. MTM-dən SİA-ya bildirilib ki, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,6 faiz və ya 1 138,5 milyon manat…

Daha çox

“İqtisadi artım” üzrə işçi qrup 2024-cü ilin monitorinq nəticələrini müzakirə edib

[ad_1] “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəflərinin icrasına dair “İqtisadi artım” işçi qrupunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya çərçivəsində 2024-cü ildə həyata keçirilən tədbirlərin ölkənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasında rolunu vurğulayıb. İşçi qrupun əhatə etdiyi fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr diqqətə çatdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə məlumat verib. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili…

Daha çox

Sosial Dəstək Mərkəzinin 500 min manatdan çox yığılmış zərəri var

[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü ili 156 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 190 min manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, bununla da, Sosial Dəstək Mərkəzinin yığılmış zərəri 40,7 % artaraq 539 min manata çatıb. 2023-cü ildə Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 868 min manat (2022-ci ilə nisbətən 19,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 510 min manat (1 % çox), sosial xidmət və maddi yardım xərcləri 246 min manat (69,7 % çox), köhnəlmə və amortizasiya…

Daha çox