Gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir

[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib. SİA xəbər verir ki, bu barədə nazir “X” səhifəsində paylaşım edib. “Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurları qürurvericidir. Gənc nəslin davamlı inkişafını dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir. 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə bütün gənclərimizi təbrik edir, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq”, – paylaşımda qeyd olunur. [ad_2]

Daha çox

Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

[ad_1] 2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb. SİA xəbər verir ki, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb. Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi…

Daha çox

Türkiyə ötən il müdafiə və aviasiya sənayesindən 7,1 milyard dollar gəlir əldə edib

[ad_1] Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ötən il üçün hədəflənən 6,5 milyard dollarlıq ixracat gəlirini illik hesabla 11 faiz aşaraq, 7,1 milyard dollarla tamamlayıb. Bu artım əvvəlki ilə görə 29 faiz çoxdur. Ölkənin sahə üzrə ixracat gəliri 2023-cü ildə 5,5 milyard dollar olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib. O, deyib ki, Türkiyə sektor üzrə son 2 ildə təxminən 20 milyard dollar dəyərində müqavilə imzalayıb və bu il də eyni sürətlə davam edir. İlk ayda Türkiyə şirkətləri 1…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

[ad_1] Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,32 dollar və ya 0,41 faiz azalaraq 78,52 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. [ad_2]

Daha çox

SOCAR ilk dəfə quru sahədə aeroqravimetrik tədqiqat işlərinə start verib

[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın tanınmış “Metatek” şirkəti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib. SİA xəbər verir ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır. Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son eFTG texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq. [ad_2]

Daha çox

Yanvarda Avropada qazın qiyməti 6 faiz artıb

[ad_1] Avropada qazın orta qiyməti yanvarda 6 faiz artaraq 1000 kubmetr üçün təxminən 517 dollar təşkil edib. SİA xarici mediaya istinadla xəbər verir ki, qiymət artımına əsasən soyuq qış fonunda Avropada anbarlardan çıxarılma tempinin yüksək olması və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması təsir edib. Ötən ilin payızından başlayaraq Avropadakı mərkəzlərdə qaz qiymətləri tədricən artmağa başlayıb. 2024-cü ilin dekabrında qitədə qazın orta qiyməti 1000 kubmetr üçün 489 dollar, bu ilin yanvarında isə 517 dollar təşkil edib. [ad_2]

Daha çox

Azərbaycanda manatla geniş pul kütləsi 3%-dən çox artıb

[ad_1] Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 4 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2 % çoxdur. O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 3,6 % çoxdur. Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da, aylıq müqayisədə 7 % çox, 2024-cü ilin əvvəlinə…

Daha çox

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

[ad_1] Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur. Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur. [ad_2]

Daha çox

Lənkəranda iki saat işıq olmayacaq

[ad_1] Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə SİA-ya “Azərişıq”dan bildirilib. Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. [ad_2]

Daha çox

“Dəyişiklik səndən başlayır!”…

[ad_1] …ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib “Birbank”ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” – ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib. Yanvarın 30-da layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub. Tədbirdə “Birbank”ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, “Dərs Evi” Tədris…

Daha çox