“Türk Dünyası Ensiklopediyası” hazırlanıb

“Türk Dünyası Ensiklopediyası” hazırlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir. Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi Başkanlığı tərəfindən XXI əsrdə türk tarixi, tarixi şəxsiyyətləri haqqında ortaq yaddaşın yaradılması, gələcək nəsillərə ötürülməsi və mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə hazırlanan “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib. Ensiklopediya “Türk dövlətləri, dövlət adamları”, “Tarix və mədəniyyət”, “Türk toplumları”, “Dil və ədəbiyyat”, “Coğrafiya və məkan”, “Elm və incəsənət”, “Türk dünyasının öncül qadınları” və “Aydınlar və mütəfəkkirlər” adlı doqquz başlıqdan ibarətdir. Ensiklopediyada dərc olunan 143 maddanin…

Daha çox

Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb. Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib. Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi…

Daha çox

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər

Akif Marifli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin edilib. Bu barədə SİA-ya Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, o bu təyinata qədər Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, A.Marifli Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Türk dünyası tarixi ixtisası üzrə magistr təhsili alıb. AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktoranturasında təhsilini davam etdirib. Tarix üzrə fəlsəfə doktorudur. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmlər doktoru proqramı üzrə doktoranturasını bitirib.

Daha çox

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarxlar hazırlanıb. Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Təranə Heydərovanın və Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənovanın hazırladıqları “20 Yanvar – Ümumxalq Hüzn Günü” adlı videoçarxda bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun əmri ilə hərbi qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak…

Daha çox

Robbi Uilyams ilk dəfə İstanbulda konsert verəcək

Dünyaca məşhur müğənni Robbi Uilyams ilk dəfə İstanbulda musiqisevərlərlə görüşəcək. SİA-nın məlumatına görə, “Angels”, “Feel” və “Let Me Entertain You” kimi hitləri ilə musiqi dünyasında uğur qazanan Uilyams “Live 2025” turu çərçivəsində oktyabrın 7-də Festival Park Yenikapıda konsert verəcək. Karyerası boyunca çoxsaylı nüfuzlu mükafatlar, o cümlədən “Brit Awards” kimi mükafatları qazanan Robbi Uilyams səhnədəki səmimiyyəti və pərəstişkarları ilə yaratdığı xüsusi ünsiyyət, eləcə də musiqisi ilə tanınır. Konsertin biletləri 20 yanvar Türkiyə vaxtı ilə saat 13:00-dan etibarən “Biletix”, “Passo”, “Biletinial” və “Bubilet”də satışa çıxarılacaq.

Daha çox

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı olub

Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi çıxışında bu bir il ərzində yaradıcı komanda tərəfindən müxtəlif layihələr üçün post-prodakşna müraciətlərin daxil olduğunu bildirib. O…

Daha çox

Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən “Sərşəhər Məscidi” tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb. Naxçıvan MR Mədəniyyət nazirliyindən SİA-ya verilən məlumata görə, bununla bağlı yerli şirkətlərdən biri ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən Sərşəhər Məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək. Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət…

Daha çox

Atamın Şuşa sevgisi məni bura daha çox bağladı – Qafqaz Xəbər – Qafqaz Xəbər – Qafqaz Xəbər – Qafqaz Xəbər

Şuşadayıq, öz doğma yurdlarına qayıdan şuşalıların məhəlləsində… “Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi…”. Bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir. Söhbət də onun Şuşadakı evində baş tutur. Səbinə xanımın atası Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun…

Daha çox

Atamın Şuşa sevgisi məni bura daha çox bağladı – Qafqaz Xəbər – Qafqaz Xəbər

Şuşadayıq, öz doğma yurdlarına qayıdan şuşalıların məhəlləsində… “Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi…”. Bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir. Söhbət də onun Şuşadakı evində baş tutur. Səbinə xanımın atası Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun…

Daha çox