[ad_1] “BakuBus” MMC ötən ilin may ayından sərnişin daşımağa başladığı Gəncə şəhərində avtobus parkının layihələndirilməsinə başlayıb. SİA bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, layihələndirməni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək. Bu işin 240 min manata başa gələcəyi gözlənilir. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
Dənizkənarı Bulvar İdarəsi auditor seçir
[ad_1] Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 47 manatdır. İddiaçılar təkliflərini fevralın 11-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 11-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq. [ad_2]
Daha çoxAzərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
[ad_1] Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,02 ABŞ dolları və ya 1,27% azalaraq 79,48 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,5 ABŞ dolları təşkil edib. [ad_2]
Daha çoxAzərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək
[ad_1] Azərbaycan martın 18-20-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MITT 2025” (“Moscow International Travel & Tourism”) 31-ci beynəlxalq turizm və səyahət sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. MITT sərgisi MDB məkanında aparıcı turizm tədbiri sayılır, Rusiyadan və digər ölkələrdən olan turizm agentlərinə və turoperatorlara birbaşa əlaqə yaratmağa şərait yaradır, iştirakçılara məhsullarını geniş hədəf auditoriyasına çıxarmağa, satışın həcmini və qlobal əhatəsini artırmağa imkan verir. [ad_2]
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
[ad_1] Yanvarın 27-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.65% – 44,713.58 bəndədək artıb, S&P 500 indeksi 1.46% – 6,012.28 bəndədək, Nasdaq indeksi isə 3.07% – 19,341.84 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 0.02% – 8,503.71 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.27% – 7,906.58 bəndədək, Almaniyanın DAX indeksi 0.53% – 21,282.18 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.54% azalaraq 1.0435 dollar təşkil edib. [ad_2]
Daha çoxDünya bazarlarında neftin qiyməti artıb
[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,28% artaraq 1 barelə görə 76,39 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,26% azalaraq 1 barelə görə 73,36 ABŞ dollarına bərabər olub. [ad_2]
Daha çoxNyu-York birjasında təbii qaz yenidən bahalaşıb
[ad_1] Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,25% artaraq 3,246 ABŞ dolları təşkil edib. [ad_2]
Daha çoxAzərbaycan Metrologiya İnstitutu auditor seçir
[ad_1] Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 15,5 manatdır. İdddiaçılar təkliflərini fevralın 12-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 12-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Professional Financial Experts” MMC olub. Şirkətə 2,35 min manat ödənilib. [ad_2]
Daha çoxMəşhur cütlük övladlarına bu adı verəcək
[ad_1] Türkiyənin məşhur aktyor cütlüyü körpələrinə qoyacaqları adı açıqlayıblar. SİA xəbər verir ki, valideyn olmağa hazırlaşan Cansel Elçin və Zeynep Tuğçe Bayat Nişantaşıda gəzintidə görüntülənib. Körpələrini qucağına almağa sayılı günlər qalan cütlük ona Atlas adını verəcəklərini deyiblər. [ad_2]
Daha çoxBu gün Azərbaycanda “sükut günü”dür
[ad_1] Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür. SİA xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz. Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət…
Daha çox