Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı

[ad_1] Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib. SİA xəbər verir ki, istiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb. 120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş…

Daha çox

“Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir”

[ad_1] “Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir. Çünki xarici siyasət vektoru istənilən normal yetkin dövlətdə həmişə bir, üç və ya beş günlük cızılmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Tofiq Abbasov sözlərinə belə davam edib: “Yəni bu vektor uzun müddətli bir paradiqma kimi müəyyən edilir və həmin o vektorun üzərinə də həmişə yeni hədəflər, sonra cari məsələlərin həlli ilə bağlı yanaşmalar və s. müəyyən edilir. Bu baxımdan Ermənistan çox anlayışmayan və fərqli bir mövqe nümayiş etdirir. Çünki ilk dəfə özünü Rusiyanın müttəfiqi sayan, digər tərəfdən Rusiyanın hərbi bazasını ora…

Daha çox

Azərbaycan və Dünya Bankı AZURE-nin qiymətləndirilməsini müzakirə edib

[ad_1] Azərbaycan və Dünya Bankı arasında “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) ilə bağlı müzakirələr aparılıb. Bu barədə SİA-ya Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə AZURE-nin iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib.…

Daha çox

AMB Harvard Universiteti ilə görülən işləri müzakirə edib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universiteti arasında ölkəmizdə rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov Universitetin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib. Görüş çərçivəsində AMB-nin pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr aparılıb. [ad_2]

Daha çox

Qurumların siyahısı genişləndirilib

[ad_1] “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib. [ad_2]

Daha çox

Ombudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb

[ad_1] Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb. SİA xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb. Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar. Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası…

Daha çox

Avropada qazın qiyməti 520 dollardan aşağı enib

[ad_1] Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 520 ABŞ dollarından aşağı enib. SİA xəbər verir ki, 27 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 519,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (539 dollar) ilə müqayisədə 3,6% azdır. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. [ad_2]

Daha çox

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

[ad_1] Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır. Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə “Cengiz İnşaat” Füzulədən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib,…

Daha çox