[ad_1] Sabahkı bələdiyyə seçkiləri üçün akkreditasiyadan keçmiş müşahidəçilərin sayı açıqlanıb. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, seçkiləri 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək: “Seçkidə müşahidə aparmaq istəyən media nümayəndələri də heç bir quruma müraciət etmədən, tək jurnalist vəsiqəsi ilə bütün seçki məntəqələrində sərbəst müşahidə apara bilərlər. Azərbaycan bu baxımdan ilk ölkədir ki, jurnalistlərə belə imkan yaradılıb”. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı
[ad_1] Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var: “Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək”. Qeyd edək ki, yanvarın 29-u 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Seçkilər 118 seçki dairəsinin 5846 seçki məntəqəsində baş…
Daha çoxÖtən il Abşeron dairəvi marşrutu üzrə NFC ödənişlərinin sayı 90 % artıb
[ad_1] 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi marşrutu üzrə vağzal və stansiyalarda NFC sistemini dəstəkləyən bank kartları ilə ödənişlərin aylıq orta istifadə sayı 210 060 dəfə olub. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yayıb. Məlumata görə, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 89,8 % çoxdur. Xatırladaq ki, NFC ödənişləri üzrə 2021-ci il üzrə aylıq orta istifadə sayı 6 000, 2022-ci il üzrə 49 726, 2023-cü il üzrə 110 670 dəfə olub. Təmassız ödənişlər “ADY Mobile” tətbiqi, ADY kartları və ya NFC-ni dəstəkləyən bank…
Daha çoxÖdənişli xidmətlərdən büdcəyə daxilolmalar 33 %-dən çox azalıb
[ad_1] 2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 547,9 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33,4 % azdır. Bu barədə SİA-ya Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, ötən il dövlət büdcəsinə sair daxilolmalar isə 1 milyard 21,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. [ad_2]
Daha çoxAzərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 20 % artıb
[ad_1] 2024-cü ildə Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 20,1 % çoxdur. Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar büdcə gəlirlərinin 0,1 %-ni təşkil edib. [ad_2]
Daha çoxAzərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
[ad_1] 2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib. dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət…
Daha çoxARDNF ötən il büdcə öhdəliyini tam icra edib
[ad_1] 2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər – 12 milyard 781 milyon manat vəsait transfert edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur. Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4 %-ni təşkil edib. [ad_2]
Daha çoxNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib – FOTOLAR
[ad_1] Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib – FOTOLAR [ad_2]
Daha çoxBugünkü hərracda tələb 59,9 milyon dollar təşkil edib
[ad_1] Yanvarın 28-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan SİA-ya bildirilib ki, hərracda tələb 59,9 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. [ad_2]
Daha çoxAzərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb
[ad_1] 2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 4,8 % az və 6,3 % çoxdur. Son nəticədə icmal büdcədə 5 milyard 80,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən təxminən 2 dəfə azdır. [ad_2]
Daha çox