AMB “PAŞA Sığorta”ya icrası məcburi göstəriş verib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta” ASC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində məlum olub ki, “PAŞA Sığorta” sığorta qaydalarında müəyyən edilmiş şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib. [ad_2]

Daha çox

Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir

[ad_1] Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söyləyib. “Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır”, – deyən dövlətimizin başçısı əlavə edib ki, yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatlarının yaradıldığını, ortaq, müştərək müəssisələrin qurulduğunu vurğulayan Prezident qeyd edib: “Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.…

Daha çox

Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir

[ad_1] Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Dövlətimizin başçısı qeyd edib: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”. [ad_2]

Daha çox

Yuxusuzluq bu xəstəliklərə yol aça bilər

[ad_1] “Yuxusuzluq insan orqanizmində çox ciddi təsir göstərən xəstəlikdir və həm qısa, həm də uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilir. Bu xəstəlik daha çox beyin funksiyalarını və psixi sağlamlıq problemlərində özünü göstərir. Çünki insanlar uzun müddətli yuxusuz qaldığı hallarda konsentrasiya və yaddaş pozğunluğu əmələ gəlir. Yuxusuzluq beyin məlumatlarını işləmə və yadda saxlama problemlərini üzə çıxartdığı üçün insanlarımızda daha çox yaddaşsızlıq, unutqanlıq, əhval-ruhiyyənin pozulması, qərar vermə qabiliyyətinin zəifləməsi kimi şikayətlər olur. Həmçinin yuxu rejimi ürək-damar sağlamlığı üçün çox önəmlidir. Çünki yuxusuzluq problemləri eyni zamanda ürək-damar xəstəlikləri olan, xüsusilə də arterial hipertenziya,…

Daha çox

Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır

[ad_1] Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib. “Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda…

Daha çox

Azərbaycandan Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzrə atılacaq addımlar müzakirə olunub

[ad_1] “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika nazirinin müavini Orxan Zeynalov Özbəkistanın Daşkənd şəhərində keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşündə öaparılıb. Tədbirdə çıxış edən nazir müavini Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulayıb. Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar,…

Daha çox

Hərbi əməkdaşlıq müzakirə edilib

[ad_1] Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zakir Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu, ölkə rəhbərliyi tərəfindən bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və daima diqqət mərkəzində saxlanıldığını bildirib. General Faiyad bin Hamed Al Rovaili Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək göstərilən qonaqpərvərliyə…

Daha çox

Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib

[ad_1] Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan…

Daha çox

Qırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi

[ad_1] Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. SİA mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub. Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib. Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı…

Daha çox

Azərbaycanın sığorta bazarı 11 %-ə yaxın böyüyüb

[ad_1] 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur. Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub. [ad_2]

Daha çox