İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

[ad_1] Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır. [ad_2]

Daha çox

“Ən cavan seçimizin isə 18 yaşı var”

[ad_1] 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı məntəqəsinin sədri Aytən Baxşıyeva seçki prosesi barədə məlumat verib. O, SİA-ya açıqlamasında deyib ki, seçkilər çox aktiv şəkildə keçirilir”. Onun sözlərinə görə, seçkilərə hal-hazırda 65 seçici gələrək səs verib. Seçki zamanı 12 şəxs üçün daşınan qutu təşkil edilib və onlar öz seçki hüquqndan istifadə edə biləcəklər. Hal-hazırda ən yaşlı seçicimiz 87 yaşlı şəxsdir. Ən cavan seçimizin isə 18 yaşı var. Ümumi siyahıya əsasən hal-hazırda 1043 seçicimiz var”. [ad_2]

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.31% – 44,850.35 bəndədək, S&P 500 indeksi 0.92% – 6,067.70 bəndədək, Nasdaq indeksi isə 2.03% – 19,733.59 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 28-də FTSE 100 indeksi 0.35% – 8,533.87 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.12% – 7,897.37bəndədək azalıb, Almaniyanın DAX indeksi 0.70% – 21,430.58 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.09% artaraq 1.0439 dollar təşkil edib. [ad_2]

Daha çox

37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib

[ad_1] Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA məntəqədən görüntüləri təqdim edir. Xatırladaq ki, səsvermə bu gün axşam saat 19:00-a qədər davam edəcək. Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür. Ayaz Zeynalzadə [ad_2]

Daha çox

Ombudsman seçkiləri müşahidə edir

[ad_1] 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. SİA-nın verdiyi məlumata görə, məntəqə səhər saat 08:00-dan etibarən seçicilər üçün açılıb. Ombudsman Səbinə Əliyeva səsvermə prosesində müşahidəçi qismində iştirak edir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox

Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək

[ad_1] Səsvermə günü seçki məntəqəsində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib. O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib: “Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır”. Qeyd edək…

Daha çox

“Veb-kameralar praktikasından istifadə edilir”

[ad_1] “Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib: “İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir”. MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq. [ad_2]

Daha çox

“Məntəqədə aktivlik müşahidə olunur”

[ad_1] Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA-nın əməkdaşı məntəqədə olan müşahidəçi Ruslan Əlizadənin seçki prosesi barədə fikirlərini öyrənib. Onun sözlərinə görə, hazırda, yəni saat 08:30 dan etibarən məntəqədə aktivlik müşahidə olunur: “Hələ ki, seçkilərlə bağlı bir narazılıq qeydə alınmayıb”. Xatırladaq ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Ayaz Zeynalzadə [ad_2]

Daha çox