Bahar Muradova bələdiyyə seçkilərində səs verib

[ad_1] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bələdiyyə seçkilərində səs verib. SİA xəbər verir ki, Komitə sədri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox

Avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq

[ad_1] Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2 800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar…

Daha çox

Səbinə Əliyeva seçki prosesini müşahidə edib

[ad_1] Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində yerləşən 38 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib. SİA xəbər verir ki, o, məntəqədə yaradılan şəraitlə tanış olub, daha sonra burada seçki prosesini izləyib. Qeyd edək ki, sözügedən məntəqədə hərbi qulluqçular da səs verir. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8…

Daha çox

Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq

[ad_1] Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12°…

Daha çox

“Bələdiyyə seçkilərində müşahidəçilərin üzərinə böyük rol düşür”

[ad_1] “Bu gün keçirilən bələdiyyə seçkilərində müşahidəçilərin də üzərinə böyük rol düşür. Biz çalışdıqımız qədər yarana biləcək problemləri müşahidə edərək bunları qeyd edirik”. Bu sözləri SİA-ya açıqlamasında müşahidəçi Mehriban Abbasova bildirib. Onun sözlərinə görə, səhər saat 8-dən başlayan seçkilərdə hal-hazırda 12 saylı məntəqədə heç bir mənfi hal baş verməyib: “İstər məntəqə sədri və məntəqə işçiləri olsun, istərsə də vətəndaşlar tam normal şəkildə işlərini icra edirlər. Seçicilər gəlir səslərini verir və gedirlər. Hər şey normal şəkildə irəliləyir”. [ad_2]

Daha çox

Yevlax və Mingəçevirdə də seçici fəallığı müşahidə olunur

[ad_1] Yevlax rayonu və Mingəçevir şəhərində də seçici fəallığı müşahidə olunur. SİA-nın məlumatına görə, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir və 54 saylı Mingəçevir seçki dairələrində fəaliyyət göstərən ümumilikdə 147 məntəqədə səsvermə seçici fəallığı şəraitində davam edir. Səsvermənin başladığı saatdan etibarən, seçicilərin sərbəst səs vermələri üçün məntəqələrdə lazımı şərait yaradılıb. Məlumata əsasən, 52 saylı Yevlax seçki dairəsində 72, 53 saylı Yevlax-Mingəçevir və Mingəçevir seçki dairələrində isə ayrı-ayrılıqda 184 namizəd qeydə alınıb. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min…

Daha çox

Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

[ad_1] Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib. SİA xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər. Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. [ad_2]

Daha çox

Eldar Əzizov bələdiyyə seçkilərində səs verib

[ad_1] Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox