[ad_1] Serbiyada etiraz aksiyası keçirən tələbələr Novi-Sadedə Dunay üzərindəki üç körpünü bağlayıblar. SİA xəbər verir ki, məlumatı Srbija danas yayıb. Tələbələr Azadlıq, Varadinski və Jejelev körpüsünü mühasirəyə alıblar. Aksiya 24 saatdır ki, davam edir. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
Almaniyada etirazlar başladı
[ad_1] Almaniyada etirazlar başladı [ad_2]
Daha çoxKubaya turist axını azalıb
[ad_1] 2024-cü ildə Kubaya 2,2 milyon nəfər xarici turist gəlib. SİA xəbər verir ki, bu barədə Kuba Milli Statistika Ofisinin (ONEİ) məlumatında bildirilir. Qurumun məlumatına görə, 2023-cü ildə turist sayı 2024-cü illə müqayisədə 230 min nəfər çox olub. Ölkənin əsas turist kontingenti olan kanadalıların sayında ötən il 8 faiz azalma müşahidə olunub. İkinci yerdə gələn Kuba əsilli ABŞ vətəndaşlarının adaya gəlişi daha ciddi həcmdə – 18 faiz azalıb. Bunun əksinə, rusiyalı turistlərin sayında 0,5 faiz artım müşahidə edilib. Vizaların ləğvinə və birbaşa hava əlaqəsinin qurulmasına rəğmən, çinli turistlərin sayında nəzərəçarpacaq…
Daha çoxAzərin ölümündən sonra ilk dəfə toplaşdılar
[ad_1] Aktyorlar Elşən Orucov, İlkin Həsəni, Nicat Rəhimov və Ramil Babayev bir araya gəlib. SİA xəbər verir ki, onlar dostları və həmkarları Azər Baxşəliyevin ölümündən sonra ilk dəfə toplaşıb. Görüntünü E. Orucov “Bircə sən yoxsan…” şərhi ilə şəxsi hesabında paylaşıb. Xatırladaq ki, Azər Baxşəliyev yanvarın 5-də vəfat edib. Mərhum uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. A.Baxşəliyev daha çox “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə sevilib. [ad_2]
Daha çoxKeçmiş müstəmləkələr Fransa taxılından imtina edir
[ad_1] 2024-2025-ci il Fransa taxılçıları üçün əlverişli hesab edilmir. SİA “Zone Bourse” saytına istinadla xəbər verir ki, dünyanın 6-cı taxıl istehsalçısı olan Fransanın ixracatı kəskin azalıb. Mövsüm sonunadək ölkənin cəmi 3,5 milyon ton taxıl ixrac etməsi gözlənilir. Bu da 1980-ci ildən sonra ən aşağı göstəricidir. İxracın pisləşməsinə səbəb yağışlar nəticəsində keyfiyyətin və həcmin aşağı düşməsidir. Digər tərəfdən, Afrika ölkələri də getdikcə Fransa taxılından üz döndərir. Fransız taxılının əsas müştərisi olan Əlcəzair bir müddət əvvəl başqa təchizatçı tapıb. Bu günlərdə Mərakeş də artıq Fransa taxılından imtina edib. Hər 2 ölkə imtinaya…
Daha çoxNetanyahu və Katz razılaşdı
[ad_1] İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz ölkənin Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamiri Baş Qərargahın növbəti rəisi təyin etmək barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Zamirin növbəti ay yeni vəzifəsinin icrasına başlayacağı bildirilib. Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa verib. [ad_2]
Daha çoxABŞ Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək
[ad_1] ABŞ fevralın 4-dən bütün Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək. SİA xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən CBC telekanalı məlumat yayıb. Qeyd olunub ki, rüsumlar ABŞ prezidenti Donald Tramp Kanadanın fentanil narkotikinin ölkəyə axınını dayandırmaq üçün lazım olan hər şeyi etdiyinə əmin olana qədər qüvvədə qalacaq. Xatırladaq ki, ABŞ, Meksika və Kanada birgə azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişə imza atıblar. [ad_2]
Daha çoxRusiya Kurskda məktəbi vurdu
[ad_1] Rusiya hərbçiləri Kursk vilayətinin Suca şəhərindəki internat məktəbinə hücum ediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Suca şəhəri üzrə komendantlığının nümayəndəsi Aleksey Dmitraşkovski məlumat yayıb. O bildirib ki, zərbələr nəticəsində dağılan binanın altında 95 nəfər qalıb: “Dağıntılar altından insanların qışqırıq səsləri eşidilir. Hazırda hərbi komendantlıq axtarış-xilasetmə işləri aparır”. [ad_2]
Daha çoxAzərbaycan səfiri Kosta-Rika Prezidenti ilə görüşdü
[ad_1] Azərbaycanın Kosta-Rikadakı qeyri-rezident səfiri (iqamətgahı Mexiko şəhərində) Məmməd Talıbov bu ölkənin prezidenti Rodriqo Çaves ilə görüşüb. SİA xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, görüşdə Bakı və San-Xosenin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğu qeyd edilib: “Kosta-Rika Prezidenti Rodriqo Çaves ilə dialoq aparmaq mənim üçün şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırdım. Kosta Rikanın COP29-da fəal iştirakına görə minnətdarlığını bildirdim. Bundan əlavə, mən ikitərəfli münasibətlərin, xüsusən də iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafında qarşılıqlı marağımızı qeyd etdim”. [ad_2]
Daha çoxBakıda temperatur 0°-yə düşəcək, sulu qar yağacaq
[ad_1] Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 8-i gecədən kəskin soyuyacaq. SİA hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın 8-i gecə havanın temperaturu 0 dərəcə təşkil edəcək. Fevralın 9-u və 10-u Bakıda sulu qar yağacağı gözlənilir. Fevralın 9-u gündüz Bakıda temperaturu +3 dərəcə təşkil edəcək. [ad_2]
Daha çox