“30-a yaxın müraciət daxil olub”

[ad_1] “Qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. Qurum rəsmisi bildirib ki, MSK-nın qaynar xətləri və elektron poçt ünvanları daim aktivdir: “Qaynar xəttimizə 30-a yaxın müraciət daxil olsa da, bunlar məlumat almaq üçün olub. Biz çalışırıq ki, özümüzdə hər zaman məlumatları araşdıraq. Hər hansısa bir yerdə xoşagəlməz hal baş verərsə bunun qarşını ala bilək. Hər kəs skandallı məlumatlar yaymağa üz tutur. Amma bunların heç bir əsası yoxdur. Yalnız diqqət çəkmək üçün paylaşılır”. Banuçiçək Hüseynli…

Daha çox

AŞPA-dan Gürcüstana STOP

[ad_1] Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərini itirməkdə davam edir. Gürcüstan yanvarın 29-da müvafiq olaraq 2022 və 2024-cü illərdə təşkilatda fəaliyyətini dayandıracaq Rusiya və Azərbaycana qoşula bilər. Ən azı respublikada hakim “Gürcü arzusu” partiyasının əleyhdarlarının tələb etdiyi budur. AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini dondurmaq istəyir. Gürcüstan müxalifətinin tələbi ilə Avropa Xalq Partiyasının İsveçdən olan nümayəndəsi Boriana Oberq belə bir təşəbbüslə çıxış edib. “Gürcüstan parlamenti birpartiyalıdır, tərkibində yalnız “Gürcü arzusu” partiyası var”. Bidzina İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv edir”. Boriana Oberq Bu arada Gürcüstan nümayəndə heyətinə iki partiyanın üzvləri daxildir:…

Daha çox

Bələdiyyə seçkilərinə şəhər sakinlərinin BAXIŞI

[ad_1] Bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Vətəndaşlar seçki məntəqələrinə gələrək yerli idarəetmə orqanlarında təmsil olunacaq şəxsləri seçirlər. Bələdiyyə seçkiləri cəmiyyətin demokratik inkişafı və vətəndaşların yerli idarəetmədə iştirakı baxımından xüsusi əhəmiyyət daşıyır. Seçkilər səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində tam şəffaf və qanunvericiliyə uyğun şəkildə keçirilir. İştirak yüksək olarsa, bu, həm də xalqın öz gələcəyinə biganə qalmadığını bir daha göstərir. Bəs vətəndaşların fikirləri nədən ibarətdir? Onlar bələdiyyə seçkilərindən səslərindən istifadə edirlərmi? SİA olaraq bu barədə seçicilərin fikirlərini öyrəndik. Şəhər sakini Azər Rzayev: “Mən rayondan gəldiyim üçün səs vermədə iştirak etməmişəm.…

Daha çox

Seçkidə hər hansı pozuntu ilə bağlı MSK-ya müraciət daxil olmayıb

[ad_1] Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb. SİA xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: “Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”. Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”. [ad_2]

Daha çox

Azərbaycan yenidənqurma işlərində dəstəyini təqdir edib

[ad_1] Azad edilmiş ərazilərdə yenidənqurma işlərində Türkiyə və Özbəkistanın göstərdiyi dəstək Azərbaycan tərəfindən təqdir olunub. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Nazir həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərdə təcrid…

Daha çox

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri

[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 1 və 2 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. SİA bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-deyə məlumatda qeyd edilib. [ad_2]

Daha çox

Azərbaycan, Türkiyə və Özbəkistan birgə hərəkət edəcək

[ad_1] Azərbaycan, Türkiyə və Özbəkistanın suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra hər üç ölkə birgə fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bu məsələ Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünun yekunlarına dair qəbul olunmuş Ankara Bəyannaməsində öz əksini tapıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. Həmçinin iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə…

Daha çox

Ömürlük məhkumlar da səs veriblər

[ad_1] Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilən məhkumlar və həbs edilən şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular səs veriblər. Bu barədə SİA-ya Ədliyyi Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub: “Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst…

Daha çox

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

[ad_1] Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib. Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar,…

Daha çox