[ad_1] Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Nizami küçəsi, 190 ünvanında Ələkbərov Elvin Elçin oğluna məxsus “Ulduzlu gecə” şadlıq sarayında planlı yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, şadlıq sarayında qida təhlükəsizliyi tələblərinin pozulduğu, mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullar aşkarlanıb. Faktla bağlı məhdudlaşdırıcı qərar tətbiq edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
ABŞ mətbuatı Azərbaycanın Yaxın Şərqdə sülh prosesinə təsir imkanlarından yazıb
[ad_1] Heç kim bir-biri ilə anlaşa bilməyən və tez-tez mübahisə edən iki dostu arasında qalmağı arzulamaz. Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi – Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır. SİA xəbər verir ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?” başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir. Hər iki dövlət özünü iki ölkədə yaşayan bir…
Daha çoxAzərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
[ad_1] Azərbaycan və İsveçrə arasında vergi sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatrla videoformatda görüş keçirib. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparıb, həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb. IOTA-nın fəaliyyətinin…
Daha çoxAzərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
[ad_1] 2024-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 72 milyard 473,3 milyon manatlıq əməliyyat aparılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,6 dəfə çoxdur. İllik göstəricinin 8 milyard 651 milyon manatlıq hissəsi ilkin bazarda (5,1 % çox), 63 milyard 822,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,2 dəfə çox) formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 72 272 əqd bağlanılıb. Bu, illik müqayisədə 5,3 dəfə çoxdur. Əqdlərin 51 762-si ilkin bazarın (22,6 dəfə çox), 20 510-u isə təkrar bazarın (82,3 % çox) payına düşüb. Yanvar-dekabr aylarında…
Daha çox“Prezidentin uzaqgörən siyasəti Azərbaycanı vacib aktora çevirib”
[ad_1] “Azərbaycanın açıq dənizlərə çıxışı olmasa da icra edilmiş tranzit nəqliyyat dəhlizləri ilə beynəlxalq nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizin avroasiya regionunda əhəmiyyətini artırmışdır. Bakı Beynəlxalq Ticarət Limanının gücünün 15 milyon tondan 25 milyon tona artırılması, dəmir yolların keçiricilik gücünün artırılması istiqamətində layihələrin davam etdirilməsi, BTQ dəmir yolunun yükaşırma gücünün 1 milyon tondan 5 milyon tona artırılması ölkəmizin tranzit dəhliz imkanlarının genişlənməsinə imkanlarını artırır və iqtisadi olduğu kimi siyasi mövqelərimizi də gücləndirir”. Bu sözləri İqtisadi siyasət komitəsinin sədr müavini Azər Badamov SİA-ya açıqlamasında deyib.…
Daha çoxƏrazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçir
[ad_1] Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 46 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 5 min manat ödənilib. [ad_2]
Daha çox“Azərbaycan xammal daşımalarında mühüm iqtisadi mərkəzdir”
[ad_1] “Məlumdur ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Bu mənada söyləmək istəyirəm ki, Azərbaycanın əhəmiyyətli beynəlxalq nəqliyyatı onun yolların qovşağında, İpək Yolu ilə Cənub-Şimal dəhlizinin üzərində yerləşməsi ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan həm də xammal daşımalarında mühüm iqtisadi mərkəzdir. 2006-cı ilin mayında 1774 kilometrlik Bakı-Tbilisi-Ceyhan Neft Kəməri fəaliyyətə başlamışdır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir. 2006-cı ilin…
Daha çoxCahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
[ad_1] Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib. SİA xəbər verir ki, səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb. [ad_2]
Daha çoxDövlətə məxsus iki gəmi hərraca çıxarılacaq
[ad_1] İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş “ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş “QRADUŞİY” təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq. [ad_2]
Daha çoxGömrük əməkdaşları peşə bayramını qeyd edir
[ad_1] Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. SİA xəbər verir ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksəksəviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti,…
Daha çox