“Tanrı insan psixikasının atributudur”

[ad_1] “Tanrı insan psixikasının atributudur. Mənbəsiz su mümkün olmadığı kimi, insanın mahiyyəti də Allahın zatı olmadan mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt, Duyu bütünləmə mütəxəssisi Orxan Şəfizadə deyib. O bildirib ki, ən mühüm məqam – Allahın mənşəyini (tapıntısını) içinizdə qəbullanıb və tanımanızdır: “Kəlam buyurduğu kimi: “Allahın Padşahlığı sizin içinizdədir”. “Özlüyüm” termini “Padşahlığın” içimizdə olduğunu göstərir. “Özlüyüm” (Mənlik) – psixikanın şüurlu və şüursuz hissələrinin birləşmə prinsipi kimi çıxış edir və eyni zamanda insanın ətraf aləmdən təcrid olunmasını təmin edir. “Özlüyüm“(Mənlik) psixoloji reallıqdır, o, bizim əslən çevriləcəyimiz insanın daxili modelidir.…

Daha çox

“Azərbaycan gəncliyə önəm verən nadir ölkələrdəndir”

[ad_1] “2 fevral Gənclər gününün yaradıcısı Heydər Əliyevdir. O 1996-cı il 2 fevral tarixində gənclərlə böyük görüş keçirdi və Ulu Öndər Azərbaycan gəncləri qarşısında bir saatdan çox çıxış etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin gələcək fəaliyyətini, gələcəyə baxışını, cizgilərini cızmış oldu və 1997-ci ildə 2 fevral gününü “Azərbaycan gənclər günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Amma gənclərə qayğı, diqqət, onların fəaliyyətini olan strategiyanın təməli 1994-cü ildə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında hakimiyyəti dövründə yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Nazirliklərin içində ilk…

Daha çox

Xocalıya növbəti köç olacaq

[ad_1] Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.Daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb. [ad_2]

Daha çox

2024-cü ildə Xankəndidə, Xocalı və Ağdərə rayonlarında hansı işlər görülüb?

[ad_1] İşğaldan azad edilən Xankəndi şəhərində son bir ildə geniş abadlıq tikinti quruculuq işləri aparıb. 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki,2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb. İlk növbədə ərazidə inzibati…

Daha çox

AQTA-nın sədri Ağstafada vətəndaş müraciətlərini dinləyəcək

[ad_1] Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-i saat 14:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət…

Daha çox

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

[ad_1] Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. “Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik”,-məlumatda qeyd olunub. [ad_2]

Daha çox

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır

[ad_1] Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və fəallığı…

Daha çox

Vitrində saxta qiymət: qanunla nə edək?

[ad_1] “Vitrində olan hər hansı məhsulun qiymətini üzərində düzgün göstərməyən bir sıra marketlər bu yolla daha çox pul əldə etmiş olur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: “Vitrindəki qiymət ucuz olsa da kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur. Malın satış qiymətini uyğun məbləğdə azaltmağı, onun qüsurlarının icraçının satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin…

Daha çox

Adil Kərimli Qəbələdə vətəndaş qəbulu keçirəcək

[ad_1] Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli fevralın 28-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov, 28) Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşəcək. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, vətəndaşlar fevralın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər. [ad_2]

Daha çox