[ad_1] Gənclər hər bir dövlətin, millətin gələcəyidir. Gələcək uğurlarını təmin etmək istəyən hər bir dövlət gənclərinə diqqət göstərməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas yanaşdığı mövzulardan biri gənclərdir. Ölkədə gənclərin inkişafı, sosiallaşmağı fonunda mühüm addımlar həyata keçirilir. SİA dövlətin gənclər siyasəti və gənclərə qarşı göstərilən diqqətlə bağlı tələbələrin fikirlərini öyrənib. Tələbə Əli Hüseynov:”Ölkə başçısının 2003-cü ildən bu yana həyata keçirdiyi gənclər siyasəti öz nəticələrini göstərir. Bunun bariz nümunələrini dövlət və hökümət orqanlarında fəaliyyət göstərən gənc kadrların sayının artırılması istiqamətində görülən işlərdə müşahidə edə bilərik. Gənclərin savad səviyyəsinin artırılması üçün…
Daha çoxAuthor: Qafqaz Xəbər
Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
[ad_1] Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya komitədən məlumat verilib. Bildirilib ki, qəbulda əsasən Gəncə, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış, həmçinin Kəlbəcər rayonundan olan və yaxın bölgələrdə yaşayan məcburi köçkünlər iştirak ediblər. Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin…
Daha çoxİqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib
[ad_1] İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı şəhərində Xızı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kredit, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib. [ad_2]
Daha çoxKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
[ad_1] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 21-nə təyin edilmiş iclasında baxılacaq. [ad_2]
Daha çox“Narkomaniya ilə mübarizədə dövlətlə əməkdaşlıq vacibdir”
[ad_1] “Narkotiklərlə mübarizədə qeyri-hökumət təşkilatlarının (QHT) əhəmiyyəti çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib. O bildirib ki, bu problem qlobal dünyada baş verən proseslər fonunda daha böyük aktuallıq kəsb edir: “Narkotiklərlə mübarizədə vətəndaş cəmiyyətinin daha aktiv iştirakı olduqca vacibdir. Bununla yanaşı, yalnız narkotik vasitələrin istifadəsi deyil, həmçinin onun yayılması, gənclərin psixoloji asılılığı və sosial təcrid kimi problemlər də bu mübarizənin vacib aspektlərindəndir. Bu məsələləri daha dərindən araşdırmalı və həll yollarını tapmalıyıq. Bu sahədə mübarizənin əsasını əhalinin maarifləndirilməsi və…
Daha çoxQuşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
[ad_1] Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşanın Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviyanın Zəviyə dairəsində dabaq, Nigeriyanın Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq…
Daha çoxƏli Əsədov Almatıda işgüzar səfərdədir
[ad_1] Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini – hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar. Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək. [ad_2]
Daha çoxİctimai Birlik Maştağada tədbir keçirdi
[ad_1] Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyi və Maştağa qəsəbəsi 128 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Şəhid ailələri ilə görüş” adlı tədbir keçirilib. Tədbir həmin məktəbin akt zalında baş tutdu. Məqsəd şəhid ailələri ilə görüş, onların sosial problemləri ilə yaxından tanış olmaqla yanaşı şəhidlərimizi şagirdlərə yaxından tanıtmaq, onların vətənpərvər ruhda böyüməsinin maarifləndirmək idi. Tədbir Azərbaycan himni və şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla başladı. Sonra məktəbin direktoru Sədaqət Əliyeva çıxış edərək qonaqlara salamlayaraq tədbiri açıq elan etdi. Sədaqət müəllimə məktəbin bu istiqamətdə gördüyü işlərdən, hər sinifə…
Daha çox“Uğurlarımız təqdir edilməlidir”
[ad_1] “Azərbaycan bu gün tək Avrasiyanın deyil, dünyanın ən güclü, dayanıqlı, etibarlı nəqliyyat və loqistika mərkəzlərindən biri kimi qiymətləndirirlir”. Bu sözləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, dünya iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat marşurutlarının Azərbaycanda kəsişməsi və bu yolların Şərqdən Qərbə, Şimaldan Cənuba uzanması dövlətimizin beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməyə imkan yaradır. “Dövlətimizin rəhbəri cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etmişdir ki, “ Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan…
Daha çoxBəhreyn Krallığının Baş komandanı Azərbaycanda səfərdədir
[ad_1] Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib. Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi…
Daha çox