San-Fransiskoda Azərbaycan və Qazaxıstan baş konsullarının görüşü baş tutub

[ad_1] Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb. SİA xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib. “Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib. Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər. [ad_2]

Daha çox

Diaspor gəncləri ilə videokonfrans keçirilib

[ad_1] “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub. SİA xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən videokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib. Giriş nitqindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor fəaliyyətində gənclərin rolunun önəmindən danışıb. Dövlətin diqqət və qayğısının nəticəsində milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir gənc nəsil yetişdiyini bildirib. Bu gün Azərbaycan gəncinin milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi işində öz bacarığını…

Daha çox

Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

[ad_1] Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!” Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. [ad_2]

Daha çox

Gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir

[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib. SİA xəbər verir ki, bu barədə nazir “X” səhifəsində paylaşım edib. “Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurları qürurvericidir. Gənc nəslin davamlı inkişafını dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir. 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə bütün gənclərimizi təbrik edir, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq”, – paylaşımda qeyd olunur. [ad_2]

Daha çox

Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib

[ad_1] Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, –…

Daha çox

Azərbaycan diplomatları yeni açılmış məscidi ziyarət ediblər

[ad_1] Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib. “Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub. Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişlər. [ad_2]

Daha çox

Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinin yeni inzibati binası ilə tanış olub

[ad_1] Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X” səhifəsindəki paylaşımında qeyd edib. Prezidentin köməkçisi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası ilə tanış olub. [ad_2]

Daha çox

Kaliforniyada neft zavodunda partlayış

[ad_1] Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb. Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib. Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib. [ad_2]

Daha çox

Ankarada ağır yol qəzasında 7 nəfər yaralanıb

[ad_1] Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə İHA məlumat yayıb. “Qəza Elmadağ rayonunda baş verib Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır. https://youtu.be/oFAI6DZZNhU [ad_2]

Daha çox