Avropada qazın qiyməti 555 dollara çatıb

[ad_1] Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 555 ABŞ dollarına çatıb. SİA xəbər verir ki, 30 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 555 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (550,6 dollar) ilə müqayisədə 0,8% çoxdur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. [ad_2]

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.38% – 44,882.13 bəndədək, S&P 500 indeksi 0.53% – 6,071.17 bəndədək, Nasdaq indeksi isə 0.25% – 19,681.75 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 1.04% – 8,646.88 bəndədək, Fransanın CAC-40 indeksi 0.41% – 21,727.20 bəndədək, Almaniyanın DAX indeksi 0.88% – 7,941.64 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0390 dollar təşkil edib. [ad_2]

Daha çox

Dünya bazarlarında neftin qiyməti artıb

[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,62% artaraq 1 barelə görə 76,36 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,88% artaraq 1 barelə görə 73,37 ABŞ dollarına bərabər olub. [ad_2]

Daha çox

Tramp BRİCS ölkələrini yenə hədələdi

[ad_1] ABŞ Prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə BRİCS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyini bildirib. SİA xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında yazıb. “Biz zahirəm düşmən kimi görünən bu ölkələrdən yeni BRİCS valyutası yaratmamağı və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməməyi tələb edəcəyik. Əks təqdirdə onlar 100%-lik əlavə rüsumlarla üzləşəcək və böyük Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar”, – deyə Tramp qeyd edib. Qeyd edək ki, o,…

Daha çox

Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb

[ad_1] Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən bildirilib. Məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində rəsmi Bakıya qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib. Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə…

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur. [ad_2]

Daha çox

İsveç Ukraynaya rekord yardım paketi ayırıb

[ad_1] İsveç Ukraynaya 13,5 milyard kron (təxminən 1,3 milyard ABŞ dolları) məbləğində rekord hərbi yardım paketi göndərir. SİA xəbər verir ki, yeni paketə döyüş katerləri, hava hücumundan müdafiə sistemləri və artilleriya daxildir. Müdafiə naziri Pol Yonsonun sözlərinə görə, cəbhədə vəziyyət ağır olaraq qalır: “İsveç Ukraynaya dəstək vermək üçün daha çox yardım göndərməyə hazırdır”. Bu, İsveçin Ukraynaya ayırdığı 18-ci yardım paketidir. Ümumilikdə, ölkə Ukraynaya təxminən 62 milyard kron (təxminən 6 milyard ABŞ dolları) yardım göndərib. Əvvəlki paketlərlə müqayisədə bu dəfə vəsaitin əksər hissəsi birbaşa istehsalçılardan yeni silahların alınmasına sərf olunacaq. Buna…

Daha çox

İtaliya-Serbiya Biznes Forumu keçiriləcək

[ad_1] Belqradda İtaliya-Serbiya Biznes Forumu təşkil olunacaq. SİA xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bildirilir ki, İtaliya Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bu gün Serbiyanın paytaxtı Belqrada səfər edəcək. Nazir səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və xarici işlər naziri Marko Curiç ilə görüşlər keçirəcək. İtaliya və Serbiyanın 400-dən çox şirkətinin təmsil olunacağı Biznes Forumda enerji keçidi, aqrotexniki və sənaye, xüsusilə yüksək texnoloji məzmunlu sektorlarda əməkdaşlıq üçün yeni imkanlar nəzərdən keçiriləcək. [ad_2]

Daha çox

Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub

[ad_1] Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. “Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – məlumatda qeyd olunub. [ad_2]

Daha çox