[ad_1] Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir. SİA xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək
[ad_1] Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 7-də, saat 10:00-da Zərdab rayon prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zərdab rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili…
Daha çoxNəqliyyatın hərəkəti bu tarixdə tam məhdudlaşdırılacaq
[ad_1] Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,-deyə, məlumatda deyilib. [ad_2]
Daha çoxYol polisi sürücülərə müraciət edib
[ad_1] Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə…
Daha çoxFransa ilə münasibətlərin gərginləşməsinin təşəbbüskarı Azərbaycan deyil
[ad_1] Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. SİA-nın məlumatına görə, F.Şəfiyev çıxışında Fransa ilə hazırda faktiki olaraq böhran yaşandığını bildirib. Onun sözlərinə görə, bu böhrana səbəb Fransanın özü olsa da, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq davam edir. O, münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb. Bununla yanaşı, F.Şəfiyev qeyd edib ki, Azərbaycanda Fransanın mədəniyyəti və dilinə qarşı normal münasibət mövcuddur. [ad_2]
Daha çoxHəmkarlar ittifaqları Ulu Öndərin ideyalarını şərəflə həyata keçirməlidir
[ad_1] “Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərin yenidənqurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir”. İlham Əliyev Azərbaycanda həmkarlar ittifaqları 120-ci ildir fəaliyyət göstərir. Həmkarlar ittifaqının meydana gəlməsi haqq, ədalət tələbatı ilə bağlı olub. Müxtəlif mərhələlərdə başqa-başqa sosial-iqtisadi şüarlar irəli sürsə də, orqanlarının adı, işinin forma və metodları dəyişsə də, mahiyyət etibarı ilə həmişə əməkçi insanın hüquq və mənafelərinin müdafiəçisi olaraq qalmışdır.…
Daha çoxAMB-də Azərbaycan banklarının bu il üzrə hədəfləri müzakirə edilib
[ad_1] Azərbaycan Mərkəzi Bankında (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – T. Kazımov qeyd edib. [ad_2]
Daha çoxHərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
[ad_1] Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər…
Daha çoxiPhone satışları azalmağa davam edir
[ad_1] ABŞ-ın texnologiya nəhənglərindən biri olan “Apple”ın gəliri üç aylıq dövrdə illik bazda 4 faiz artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, maliyyə təqvimində 28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin ilk rübü olaraq qiymətləndirən “Apple”, balans hesabatını açıqlayıb. Müvafiq olaraq, şirkətin gəliri bu dövrdə hər il yüzdə 4 artaraq 124,3 milyard dollara çatıb. “Apple” ötən ilin eyni dövründə 119,6 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti eyni dövrdə 7 faiz artaraq 36,3 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 33,9 milyard…
Daha çoxNazirliyin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
[ad_1] Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür. Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı…
Daha çox