Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir

[ad_1] Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən dövrdə keçdiyi inkişaf yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan…

Daha çox

DVX 643 vergi ödəyicisi üzrə materialları istintaqa göndərib

[ad_1] Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materialları aidiyyəti istintaq orqanına göndərib. SİA bu barədə DVX-yə istinadən xəbər verir. Həmçinin “İnzibati icraat haqqında” Qanuna əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib. Bundan başqa, vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7 008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar…

Daha çox

Fevral ayının ilk gününə olan hava proqnozu

[ad_1] Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şərq rayonlarda az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz…

Daha çox

Türkiyə Ticarət Nazirliyi Azərbaycanı ixrac üçün hədəf ölkələr siyahısına daxil edib

[ad_1] Türkiyə Ticarət Nazirliyi Azərbaycanı 2025-ci ildə ixrac üçün hədəf ölkələr siyahısına daxil edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib. Bu il siyahıya ümumilikdə 55 ölkə, o cümlədən Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Cənubi Koreya, İraq, Qətər, Liviya, Özbəkistan, Rusiya və Səudiyyə Ərəbistanı daxil edilib. Bu status ölkələrə Türkiyə ilə qarşılıqlı ticarətdə əlavə dəstək almağa imkan verir. Türkiyə Ticarət Nazirliyi tərəfindən razılaşdırılmış siyahı Xarici İqtisadi Əlaqələr Şurasının Baş Katibliyinə, Türkiyə İxrac-Kredit Bankına və Türkiyə Palatalar və Birjaları Birliyinin Baş Katibliyinə göndərilir. Xatırladaq ki,…

Daha çox

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Rəsulzadənin məzarını ziyarət edib

[ad_1] Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “X” hesabında məlumat paylaşılıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub. [ad_2]

Daha çox

Xocalının Ballıca kəndinə növbəti köç yola düşüb

[ad_1] İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 31-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə, ümumilikdə, 22 ailə – 94 nəfər köçürülür. Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət…

Daha çox

Azərbaycan rəqəmsal transformasiyaya və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir

[ad_1] Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. SİA xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib. [ad_2]

Daha çox

Azərbaycan hərbçiləri “Qış təlimi – 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər

[ad_1] Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025”də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir. Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin çətin hava şəraitində təyyarələrdən…

Daha çox

Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş *“Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib. Artıq buraxılışda yalnız maksimum məbləğ əks olunacaq. Əvvəllər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləğ də qeyd olunurdu. Bununla yanaşı, geri satınalma qiymətinin müəyyən edilməsi qaydası əlavə edilib. Əgər…

Daha çox