[ad_1] Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. Onun sözlərinə görə, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır. Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir: “Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır”. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
“Bu istiqamətdə konkret addımların atılmasına ehtiyac yaranıb”
[ad_1] “Hazırda həm iqtisadi aspektdən, həm sosial aspektdən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şaxələndirilmə, mobilliyin artırılması inklüziv iqtisadi modelin tələblərinə uyğun olaraq həm sərnişindaşımada sürətin müvafiq standartlara uyğunlaşdırılması vacib çağırışlardan birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, xüsusilə də paytaxt və ətrafında mobillikdə müşahidə olunan xaotik yanaşmanın aradan qaldırılması və insanların bu istiqamətdə böyük vaxt itkisinin həlli, eyni zamanda tıxac probleminin həlli, xidmət, turizm sektorunun inkişafı baxımından hava nəqliyyatı, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi, əlçatanlığın artırılması, liberal qiymət mühitinin yaradılması çox vacib çağırışlardandır: “Artıq bu…
Daha çoxAzərbaycan İtaliya ilə birgə investisiya layihələrini müzakirə edib
[ad_1] Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini və yeni fəaliyyət istiqamətlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İtaliyaya səfərimiz zamanı bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikirlərimizi bölüşdük”,- deyə nazir qeyd edib. [ad_2]
Daha çoxBir qrup gəncə Prezident mükafatı verilib
[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, mükafata namizədlər Ekspert Komissiyasının təklifinə əsasən seçilib. Ağalarov Mircavid Elşad oğlu Əjdərli Aytac Ceyhun qızı Əzimov Rüstəm Bakir oğlu Hacıbəyli Rafael Siyavuş oğlu İsrafilova Fatimə Seymur qızı Məhərrəmova Şövkət Fikrət qızı Məmmədzadə Vüqar Əbdüləli oğlu Muradova Jalə Tərlan qızı Nuruzadə Ömər İman oğlu birgə fəaliyyətə görə: Abdullayev Nihat Rauf oğlu Əliyeva Ləman…
Daha çoxZirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına ilk dəfə start
[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib. SİA xəbər verir ki, qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb. İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq. Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır. Növbəti…
Daha çoxQarabağ Regional DOST Evi şöbəsində Qiymətləndirmə Komissiyası keçirilib
[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Regional DOST Evi şöbəsinə benefisiarların ilk qəbulu keçirilib. SİA xəbər verir ki, Qarabağ Regional DOST Mərkəzində yerləşən şöbəyə qəbul üçün 38 vətəndaş müraciəti qeydə alınıb. Qiymətləndirmə Komissiyası tərəfindən iclasda iştirak edən 27 nəfərin müraciəti dəyərləndirilərək, bacarıqları yoxlanılıb. Onlar Floristika, Kulinariya, Təsviri incəsənət, Xalçaçılıq, toxuma və tikmə, Bədii oyma və Dərzilik istiqamətləri üzrə təlimlərə yönəldiliblər. Şöbəyə qəbul üçün Bərdə ilə yanaşı, Ağdam şəhəri, Tərtər rayonu və ətraf kəndlərdən də vətəndaşlar müraciət edib. Burada bölgədə yaşayan…
Daha çox“Biz onlarla fəxr edirik”
[ad_1] “Bu gün çox gözəl forum keçirilir”. SİA xəbər verir ki, bunu millət vəkili Asif Əsgərov 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” da jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu forumun xüsusi önəmi var: “2 fevral Gənclər günü Respublikamızda olan bütün gənclərin bayramıdır. Ulu Öndər 1996-cı ildə Gənclər günü ilə bağlı keçirilən forumda çox gözəl çıxış edərək, gənclərə dəstəyin görülməsi ilə bağlı bir çox istiqamətdə tapşırıqlar verdi. Daha sonra 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev qərar verdi ki, hər il 2 fevral Gənclər Günü…
Daha çox2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar forum keçirilib
[ad_1] 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib. 200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Forumun rəsmi açılış hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Forumda Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Əsgərov, Azərbaycan Respublikasının…
Daha çox“Qadın öz soyadını həm dəyişə, həm də dəyişməyə bilər”
[ad_1] “Nigahdan sonra qadının soyadını dəyişdirməsi hüquqi baxımdan məcburi deyil. Qadın öz soyadını həm dəyişə, həm də dəyişməyə bilər. Bu, tamamilə şəxsi bir qərardır və qadının istəyi ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında YYSİB-nin sədr müavini, Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “Qeyd etmək lazımdır ki, soyadın dəyişdirilməsi, gələcəkdə baş verəcək boşanma və ya mülk bölgüsü məsələlərinə heç bir təsir göstərmir. Bu cəhətdən, soyadın dəyişdirilməsi yalnız şəxsi seçimi əks etdirir, hüquqi müstəvidə isə hər hansı bir yük daşıyıcı deyil. Bundan əlavə,…
Daha çox2100 şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib
[ad_1] Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 2100 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək onun ilkin…
Daha çox