“Ekoloji məsələlər bir çoxumuzun ən yaralı yeridir”

[ad_1] “Yaşıl enerji sahəsini mənimsəmək üçün ilk növbədə düzgün bir şəkildə maarifləndirmə təşkil olunmalıdır. Düzgün bir şəkildə marifləndirmə isə sualların düzgün bir şəkildə qoyuluşundan başlayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib. O bildirib ki, ilk olaraq biz anlamalıyıq ki, cəmiyyətimizdə bu sahədə bilik və məlumatlılıq, təəssüf ki, çox aşağıdır: “Bilik və məlumatlılıq kifayət qədər olmadıqda isə yaşıl enerji mənbələrinin kütləvi tətbiqinə başlamaq və yayılmasına nail olmaq, növbəti mərhələdə alternativ enerji sahəsində daha mürəkkəb və müasir texnoloji yeniliklərin tətbiqinə keçmək nisbətən çətin olur. Biz bu sahədə hər hansı…

Daha çox

Mətbuat Şurası açıqlama yayıb

[ad_1] Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib. Son dövrlər apardığımız müşahidələr həssaslığın xüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır. SİA xəbər verir ki, bu fikirlər Məbuat Şurasının mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı yaydığı açıqlamasında yer alıb. Açıqlamada bildirilir: “Əlbəttə, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik…

Daha çox

Milli Məclisdə könüllü qanvermə aksiyası təşkil edilib

[ad_1] Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə yanvarın 31-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər. [ad_2]

Daha çox

“Bu barədə gəncliyi qınamağın tərəfdarı deyiləm”

[ad_1] Əməkdar artist, Prezident mükafatçısı və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimovun SİA-ya olan müsahibəsini təqdim edirik: – Müasir dövrdə görkəmli sənət xadimlərimizin az tanınmasının səbəbləri nələrdir? – Yetəri qədər araşdırma aparılmır. Bizim əlimizdə informasiya bolluğu var və biz bu bolluqdan istifadə edə bilmirik. Şou xararkteri daşıyan, müvəqqəti təsir müddəti olan məlumatlara daha çox üz tutulur. Bu barədə geniş araşdırmalar az aparılır və ya heç aparılmır. Bu sənətin inkişafında əməyi olan bir çox sənətkarın adı çəkilmir. Bu barədə gəncliyi qınamağın tərəfdarı deyiləm. Gənclər onlara təqdim edilən məlumatdan…

Daha çox

Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılacaq

[ad_1] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər fevralın 1-də saat 11:00-da satışa çıxarılacaq. SİA AYNA-ya istinadən xəbər verir ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər. Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa…

Daha çox

Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

[ad_1] Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Məlumata görə, regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına KOBİA tərəfindən dəstək göstərilib. Belə ki, Agentlik fabrikin yaradılması üçün sahibkara dövlət dəstəyi mexanizmləri barədə məsləhət xidməti, istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması, aidiyyəti qurumlarla əlaqələndirməklə işçilərin peşə hazırlığı kurslarına cəlb edilməsi və dövlətin güzəştli kreditinə çıxış istiqamətində dəstək göstərib. Tekstil sahəsində 10 illik təcrübəyə malik fərdi sahibkarın yaratdığı müəssisə istehsal…

Daha çox

İnsanlar bu mallardan mütləq uzaq olmalıdır

[ad_1] “Problem müəyyən partiya mallarda olan problemlərdir. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və o cümlədən onun Azərbaycandakı nümayəndəsi olaraq Azad İstehlakçılar Birliyi bildirir ki, ümumiyyətlə bütün partiyaların malların bu brend altında buraxılan malların hamısı istehlakçılar üçün zərərlidir və burada öyrəşdirən maddələr var”. Bu sözləri SİA-ya açıqlamasında AİB sədri Eyyub Hüseynov cipslər haqqında danışarkən deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Cipsilərdə duzluluq var. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada iş aparır ki, bu mallardan insanlar mümkün qədər uzaq olsun. Lakin bunlar elə böyük bir vergi ödəyicisidirlər ki, hansı ölkəyə…

Daha çox

Bayağı mahnılar niyə geniş yayılır?

[ad_1] Bayağı mahnılar və ifaçıları haqqında teleaparıcı Kamran Həsənlinin SİA ilə olan müsahibəsini təqdim edirik: – Bayağı mahnılar niyə bu qədər geniş yayılıb? – Musiqi sənəti varsa, təbii ki, bunun bayağı nümunələri də olacaq. Bayağı mahnılara və ifaçılara efirlərdə geniş yer verilsə, əlbəttə ki, bu ifalar və ifaçılar daha çox tanınacaq və yayılacaq. Musiqi savadı və musiqi zövqü yüksək olmayan kifayət qədər insan var və bu insanlar belə ifaları sevərək dinləyir. Reytinq xətrinə televiziyaya belə ifaçılar çıxarılır və bu bir növ təbliğ edilir. Həmin aparıcılardan, rəhbərlərdən bunun səbəbini soruşduqda isə…

Daha çox

EBRD Azərbaycanla əməkdaşlıq üzrə yeni ölkə strategiyasını təsdiqləyib

[ad_1] Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Azərbaycan üçün növbəti beş il ərzində investisiya və siyasət təşəbbüslərini rəhbər tutan yeni ölkə strategiyasını təsdiqləyib. Bu barədə SİA Banka istinadən xəbər verir. EBRD Azərbaycan üçün iki əsas prioriteti bunlardır: (i) daha güclü, daha rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə vasitəsilə daha çox iqtisadi diversifikasiyanın təşviq edilməsi; və (ii) yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi və regional əlaqənin təkmilləşdirilməsi. Birinci prioritet çərçivəsində EBRDAzərbaycanın özəl sektorunun rəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla karbohidrogen ixracından asılılığını aradan qaldırmağı hədəfləyir. Bank investisiya və məsləhət dəstəyini…

Daha çox

“Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biridir”

[ad_1] Azərbaycan əlverişli coğrafi mövqeyi və müasir infrastrukturu sayəsində Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. SİA xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Almatıda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri və tərəfdaşları ilə əməkdaşlıq müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. “Ticari-iqtisadi əməkdaşlığın davamlı müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi 14 %-dən çox artıb. İnvestisiya əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında böyük investisiya layihələri həyata keçirilir”, – o bildirib. Ə.Əsədov vurğulayıb…

Daha çox