14 terrorçu zərərsizləşdirilib
Daha çoxAuthor: Qafqaz Xəbər
Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik
Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanla birgə atılacaq konkret addımlar üçün yol xəritəsi müəyyənləşdiriləcək. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib. O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq: “İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsini təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət…
Daha çoxAŞPA sessiyasının növbəti iclasında gərginlik gözlənilir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 5-ci plenar iclası ispaniyalı deputatın hazırladığı “Demokratik vətəndaşlığa xidmətdə yaddaş və tarixin tədrisində multiperspektivlik” adlı qərar layihəsinin müzakirəsi ilə başlayıb. SİA xəbər verir ki, layihə dinlənildikdən sonra səsverməyə təqdim ediləcək. Günortadan sonra sessiya Lüksemburqun Baş naziri Lük Friden çıxışı ilə başlayacaq və o, çıxışından sonra parlamentarilərin suallarını cavablandıracaq. Sessiyanın debatlar siyahısında latviyalı və avstriyalı parlamentarilərin “Gürcüstanın parlament nümayəndə heyətinin hələ də ratifikasiya olunmamış etimadnaməsinə əsaslandırılmış vasitələrlə etirazı” adlı qərar layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq. Sessiya britaniyalı parlamentari Keyti Osamorun “İmmiqrasiya, Avropa demoqrafik…
Daha çoxMənzil İnşaatı Dövlət Agentliyinin sədri səs verib
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici…
Daha çox20 min 231 nəfər səs vermədə iştirak edib
Bələdiyyə seçkilərində saat 12:00-dək 1 milyon 20 min 231 nəfər səsvermədə iştirak edib. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov ölkə üzrə seçici fəallığı haqda açıqlamasında deyib. O, bu saatadək seçici fəallığının 17, 11 faiz olduğunu bildirib. Statistika hesabat vermiş 118 seçki dairələri əsasında məlum olub. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici var.
Daha çoxAnkarada üçtərəfli görüş başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan arasında Ankarada üçtərəfli görüş başlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər nazirliyi məlumat yayıb. Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edir.
Daha çoxNaxçıvanda 102 yaşlı seçici səs verib
Naxçıvan Muxtar Respublikasında 102 yaşlı seçici səs verib. SİA xəbər verir ki, 6 saylı Ordubad-Culfa seçki dairəsinin 43 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi – Culfa rayonunun 1922-ci il təvəllüdlü Yaycı kənd sakini Abdulla Səfərov məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.
Daha çoxÖtən il 1311 şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 2024-cü ildə 1311 nəfər imtiyazlı şəxsi yollayışla təmin edərək, xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onların arasında əlilliyi olan uşaqlar da olub və həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə qeyd edilən mərkəzlərə yola salınıblar. İmtiyazlı şəxslər verilmiş yollayışlar əsasında respublikamızın müxtəlif ərazilərindəki mərkəzlərdə müalicə kursu keçiblər.
Daha çoxMəcnun Məmmədov bələdiyyə seçkilərində səs verib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir, o, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Daha çoxMilli Məclisin sədri 11 saylı seçki məntəqəsində səs verib
Milli Məclisin sədri Sahibə Qafarova 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. SİA xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər. Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır. Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə…
Daha çox