[ad_1] ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır. SİA xəbər verir ki, məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər. [ad_2]
Daha çoxAuthor: Qafqaz Xəbər
Tramp Filadelfiyada təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
[ad_1] ABŞ Prezidenti Donald Tramp Filadelfiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. “Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarənin qəzaya uğramasını görmək çox kədərlidir. Daha çox günahsız insan həlak olub”, – paylaşımda qeyd olunub. Tramp həmçinin hadisə yerində görülən işlərə görə bütün xüsusi xidmət əməkdaşlarına təşəkkür edib. [ad_2]
Daha çoxÇin “Mach 4” hərbi reaktiv mühərrikini sınaqdan keçirib
[ad_1] Çinin Taihang Milli Laboratoriyasının Aerokosmik Mühərrik Tədqiqat Mərkəzinin mütəxəssisləri süni intellekt texnologiyası ilə təchiz edilmiş “Mach 4” mühərrikinin yerüstü sınaqlarını uğurla başa çatdırıblar. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Nəşrin məlumatına görə, adı açıqlanmayan mühərrik hərbi məhsul üçün “təchizat zəncirinin 100% lokallaşdırılması” tələblərinə cavab verir. Taihang Milli Laboratoriyası Çinin J-20 döyüş təyyarələrini gücləndirən “Taihang” seriyalı təyyarə mühərrikləri üzərində işi ilə tanınır. Bu sınaqların elanı Çinin uçuş sürəti səs sürətindən dörd dəfə yüksək olan hərbi təyyarə üzərində işlədiyinin ilk rəsmi təsdiqi idi. Qəzet izah…
Daha çoxAzərbaycan manatının nominal effektiv məzənnəsi artıb
[ad_1] Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur. Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur. [ad_2]
Daha çoxABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün hər hansı səbəb yoxdur
[ad_1] İran rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür. SİA xəbər verir ki, bu barədə ölkənin baş diplomatı rəhbəri Abbas Araqçi bildirib “Al Jazeera“ telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, etimadın bərpası üçün ilk addım ola bilər. “Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir səbəb görmürəm. Amma təbii ki, onların hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını görmək lazımdır”, – Araqçi qeyd edib. [ad_2]
Daha çox5,7 ballıq zəlzələ bu ölkəni silkələdi
[ad_1] Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur. [ad_2]
Daha çox“SpaceX”in gündə 3-4 peyki yanır
[ad_1] “SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır. SİA xəbər verir ki, bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığı bildirilir. 2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır. “SpaceX”in köhnə peykləri yenisi ilə əvəzlədiyi ehtimal edilir. Lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyib. Bildirilir ki, təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin…
Daha çoxABŞ-da növbəti təyyarə qəzası baş verib
[ad_1] ABŞ-ın Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb. Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib. Təyyarədə altı nəfərin olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib. [ad_2]
Daha çox“Avroviziya” təmsilçimizin adı bu tarixdə açıqlanacaq
[ad_1] “Avroviziya 2025” təmsilçimizin kimliyi fevralın 4-də bəlli olacaq. SİA xəbər verir ki, İTV bununla bağlı məlumat yayıb. “Azərbaycanın musiqi dünyasının səkkiz peşəkarı və xarici musiqi nümayəndələri tərəfindən tam şəffaf və ilk dəfə anonim şəkildə səsvermə keçirilib. Münsiflər heyətinin siyahısında məşhur repçi Elşad Xose, “Avroviziya 2017” təmsilçimiz Diana Hacıyeva, “Avroviziya 2009” təmsilçimiz Aysel Teymurzadə, DJ və prodüser Heydər, Xalq artisti Faiq Sücəddinov, Əməkdar artisti Rain Sultanov, aparıcı və İctimai Radionun Direktoru DJ Fateh, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımov yer alıblar. 154 mahnı arasından seçilmiş 12…
Daha çoxÇin bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
[ad_1] BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Çinə keçib. Yanvarda təşkilata Əlcəzair sədrlik edib. SİA xarici mediaya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası üzvlərinin fevralda keçiriləcək iclaslarının mövzularından biri Yaxın Şərqdəki vəziyyət olacaq. Ümumilikdə, ay ərzində BMT Təhlükəsizlik Şurası təxminən iyirmi açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən 5 daimi üzvdən – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarətdir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər öz işinə növbə ilə ingilis dilinin əlifba sırası ilə rəhbərlik edirlər. Ölkənin Təhlükəsizlik Şurasına…
Daha çox