Müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirilib

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin “SAKPATENTİ”nin sədr müavini xanım Tika Nebieridze “Basqalı” Azərbaycan rəqsinə və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısına olan hüquqların Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulması ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, Tika Nebieridze Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə oktyabrın 21-də ünvanladığı məktubunda Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. Məktubda ilk olaraq, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə…

Daha çox

ABŞ Meksika sərhədi ilə bağlı siyasətini gücləndirir

ABŞ Meksika sərhədi ilə bağlı siyasətini gücləndirir. SİA “Türkiyə’’ qəzetinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon Meksika sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün bölgəyə əlavə 1500 əsgər göndərəcəyini açıqlayıb. Digər tərəfdən “The Washington Post’’ Gömrük Sərhəd Xidmətinin sənədlərinə istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Tramp qanunsuz mühacirlərinin axınının qarşısını almaq üçün Meksika sərhədinə 10 min hərbiçi göndərməyi planlaşdırır.

Daha çox

YAP Veteranlar Şurasının iclası keçirilib

Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib. YAP-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək, iclasda YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunlarının və 2025-ci il üçün Tədbirlər Planının müzakirə ediləcəyi barədə məlumat verib. Ötən ilin ən mühüm hadisəsinin fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri olduğunu qeyd edən YAP Veteranlar Şurasının sədri, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün dünya bir daha ölkəmizdə Xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.…

Daha çox

Kamran Əliyev Qaradağda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev yanvarın 23-də Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv…

Daha çox

Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişib

Nazirlər Kabineti 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.

Daha çox

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub

“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Tariyel Didarov üzərində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyatın uğurla tamamlanması qazimizin sağlamlıq vəziyyətinin yaxşılaşmasına töhfə verib. Qeyd edək ki, Tariyel Didarov Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi əməliyyatlarında fədakarlıqla iştirak edib. 2020-ci il oktyabrın 26-da ağır yaralanıb. İndiyədək onun üzərində üç dəfə cərrahiyyə əməliyyatı həyata keçirilib. “YAŞAT” Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımızın sağlamlıqlarının bərpası və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu missiya qazilərimizin və şəhid ailələrinin hərtərəfli dəstəklənməsi ilə…

Daha çox

AMB və IMF “Maliyyə sektorunun qiymətləndirilməsi” layihəsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında “Maliyyə sektorunun qiymətləndirilməsi” layihəsi müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: “Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin…

Daha çox

Bakıda tarixi abidəyə müdaxilə olunub

Bakıda tarixi abidəyə müdaxilə olunub. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb. Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib: “Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”. Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da…

Daha çox

Sentyabrda Bakıda Su Həftəsi keçiriləcək

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi sentyabrın 12-14-də baş tutacaq. SİA tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətinə istinadən xəbər verir ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib. Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər…

Daha çox