…Mədinədən Fərqanəyə uçan Özbəkistanın “Centrum Air” aviaşirkətinə məxsus təyyarə mühərrikində yağ sızması səbəbindən Türkmənistanın Marı şəhərində məcburi eniş edib. SİA xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Sərnişinləri qeyd olunan təyinat yerinə göndərmək üçün Fərqanədən 1200 kilometrdən çox məsafədə yerləşən Marıya artıq ehtiyat təyyarə gəlib.
Bundan əlavə, mütəxəssislər sərnişin təyyarəsindəki problemi artıq aradan qaldırıblar.
O, yaxın vaxtlarda Daşkəndə sərnişinsiz texniki uçuş həyata keçirəcək.
Bundan əvvəl Moskvadan Soçiyə uçan Aeroflot təyyarəsi texniki səbəblərdən Saratovda məcburi eniş etmişdi.
Əli Babayev