Vatikan Trampa münasibətindən danışıb…


…Bir çox kardinallar və yepiskoplar ABŞ prezidenti Donald Trampı dəstəkləyir.

Regensburqun keçmiş yepiskopu və İnam Doktrinaları Konqreqasiyasının rəhbəri Gerhard Lüdviq Müller deyib.

SİA-nın məlumatına görə, bu barədə Bild xəbər verir. O, şəxsən Trampı ABŞ-ın keçmiş prezidenti Cozef Baydendən daha çox bəyəndiyini vurğulayıb.

Müller qeyd edir ki, “yaxşı protestant pis katolikdən yaxşıdır”.

Keçmiş yepiskop inanır ki, Tramp kilsəyə kömək edə bilər, çünki o, xristian dəyərlərini müdafiə edir, evliliyin əhəmiyyətini anlayır və həyatın bütün sahələrinə qarışmayan dövlət ideyasını dəstəkləyir.

Müller qeyd edib ki, ABŞ prezidentinin Vatikanda göründüyündən daha çox tərəfdarı var. Keçmiş yepiskop əlavə edib ki, çoxları onun kimi düşünür, lakin bunu yüksək səslə söyləməkdən qorxurlar.

Yanvarın 20-də Papa Fransisk Trampın andiçmə mərasimi münasibətilə ona xoş arzular teleqramı göndərib. Daha əvvəl respublikaçıların mühacir əleyhinə çıxışları ilə razılaşmadığını bildirən pontifik Trampa prezident kimi “müdriklik, güc və müdafiə” verilməsi üçün dua edəcəyini bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər