“SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır. SİA xəbər verir ki, bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığı bildirilir.
2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır.
“SpaceX”in köhnə peykləri yenisi ilə əvəzlədiyi ehtimal edilir. Lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyib.
Bildirilir ki, təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin atmosfer qatının genişlənməsinə və minlərlə peykin işində problem yaranmasına səbəb olmuş güclü partlayış müşahidə olunub. Yer orbitinə yaxın olan aparatlar yüksəkliyi itirərək geri qayıtmaq üçün resurslardan istifadə etməli olublar. Bundan başqa ionlaşmış şüa onların elektron avadanlıqlarına ziyan vurmuş ola bilər.
“Starlink” peykləri elə yaradılıb ki, atmosferdə tamamilə yana bilir. Lakin, bu, alimlərin narahatçılığına səbəb olur. Yanan zaman havada on illərlə qalan yüngül hissəciklər yaranır, xüsusən də peykin korpusunun yaradıldığı oksid alüminium ciddi təhlükə mənbəyidir.