Ağ ev Tramp-Netanyahu görüşünü təsdiqləyib


ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək. SİA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ evin mətbuat katibi Karolin Levitt deyib.

Bununla da Ağ evin rəsmisi iki lider arasında gözlənilən görüş barədə İsrail tərəfinin məlumatını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl İsrailin “Kan” dövlət televiziyası Netanyahunun fevralın 2-də Vaşinqtona uçacağını, fevralın 4-də isə Trampla görüşəcəyini bildirmişdi.

Əlaqəli Xəbərlər