Həzi Aslanov metrostansiyasında təmir işləri hansı tarixdə bitəcək?


“Həzi Aslanov metrostansiyası fəaliyyət göstərir. Bilirsiniz ki, stansiyada noyabr ayının 30-dan təmir işlərinə başlanılıb. Həmin vaxt geniş şəkildə mətbuat konfransı keçirilərək bildirildi ki, Həzi Aslanov və Əhmədli stansiyaları arasında qatarlar hərəkət edəcək. Yəni, bir qatar təyin olunaraq 10 dəqiqə intervalla Əhmədlidən Həzi Aslanov stansiyasına gedib gəlir”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: “Dalanda aparılan təmir işləri stansiyanın fəaliyyətinə hər hansı bir məhdudiyyət gətirməyəcək. Yəni, stansiya sənirişindaşımanı tam olaraq funksional qaydada yerinə yetirəcək.

Səhər saat 06:00-dan gecə 00:00- a qədər sərnişinlər stansiyaya daxil olaraq qatarlardan istifadə edə biləcəklər. Çaşqınlığın yaranmasının əsas səbəbi Həzi Aslanov stansiyasının adı ilə bağlıdır. Amma təmir işləri birinci təmir dövründə yalnız dalan hissəsində aparılacaq. Dalan hissəsində stansiya infrastrukturunun fəaliyyəti ilə bağlı bütün məsələlər tam qaydasında təmin olunub. Yəni, sərnişin daşıma prosesi, sərnişin rahatlığı və təhlükəsizliyi kimi məsələlər tam olaraq nəzərə alınıb.

Təmir işlərinin planlı qaydada aparılması 1 il yarım – 2 il müddətində nəzərdə tutulub. Lakin “Bakı Metropoliteni” QSC bütün qüvvəsini səfərbər edəcək ki, təmir işləri mümkün qədər qısa müddətdə aparılsın.

Bu gün vacib məsələlərdən biri ağır hidrobioloji şəraitdə yerləşən bu stansiyanın dalan hissəsində bütün infrastrukturun demək olar ki, sökülərək yenidən yığılması təşkil edəcək. Burada yalnız tavan hissə istisna təşkil edir ki, və burada müvafiq gücləndirmə işləri aparılacaq. Qalan bütün infrastruktur sökülərək yenidən inşa olunacaq. Bu səbəbdən uzunmüddətli olacağı görünür. Əsas vəzifə bundansonrakı dövrdə ağır həmin ağır hidrobioloji şəraitdə olsa belə müasir inşaat materiallarından istifadə olunmaqla dalanın daha uzun ömürlü fəaliyyətini təmin etməkdir. Eyni zamanda ən müasir sistem və avadanlıqları tətbiq etməkdir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər