Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA-nın əməkdaşı məntəqədə olan müşahidəçi Ruslan Əlizadənin seçki prosesi barədə fikirlərini öyrənib.
Onun sözlərinə görə, hazırda, yəni saat 08:30 dan etibarən məntəqədə aktivlik müşahidə olunur: “Hələ ki, seçkilərlə bağlı bir narazılıq qeydə alınmayıb”.
Xatırladaq ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Ayaz Zeynalzadə