…Bəzi məlumatlara görə, bu vəziyyət cəbhə xəttində faktiki olaraq həyatını təhlükəyə atanların narazılığına səbəb olur. Qubarev hesab edir ki, bu, vicdanla tanınma və status qazanmış insanlar üçün ədaləti sarsıdır.
Donbasın keçmiş “xalq qubernatoru”, hazırda Rusiya Silahlı Qüvvələrinin sıralarında xidmət edən Pavel Qubarev xüsusi hərbi əməliyyat zonasında elita uşaqlarının kütləvi şəkildə iştirakını açıqlayıb.
Onun sözlərini Telegram-da müharibə müxbiri Yuri Kotenok dərc edib.
Qubarevin sözlərinə görə, Rusiyanın yüksək rütbəli məmurlarının övladları veteran statusu almaq üçün kütləvi şəkildə döyüş bölgəsinə getməyə başlayıblar.
Bu, prezident Vladimir Putinin xüsusi hərbi əməliyyat üzvlərini yeni elitanın nümayəndələri adlandırmasından sonra baş verib.
Lakin Qubarevin qeyd etdiyi kimi, belə hərbçilər adətən arxa cəbhədə xidmət edir, kiçik tapşırıqları yerinə yetirirlər. Altı aydan sonra xüsusi hərbi əməliyyat veteranı statusu ilə evə qayıdırlar.
Əli Babayev