“Forumda iştirak etmək Azərbaycanın maraqlarına uyğundur”


“Davos İqtisadi Forumu əhəmiyyətli tədbirlərdən biridir və Azərbaycanın burada iştirakı da önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı sözlərinə belə davam edib: “Burada adətən bir çox dünya liderləri, böyük biznes sahibləri, iş adamları, eyni zamanda elm adamları və böyük texnologiya şirkətlərinin rəhbərləri iştirak edirlər. Hər bir dövlət çalışır ki, özünün bu və digər formada maraqlarını təmin eləsin, əlaqələr qursun, öz yanaşmalarını sərgiləsin.

Davos İqtisadi Forumunun müsbət tərəfi həm də bizim üçün ondan ibarətdir ki, burada bir çox dünya liderləri ilə qısa zamanda ünsiyyətdə olmaq olur, fikir mübadiləsi aparmaq olur, ilkin razılaşmalar əldə etmək olur. Yəni bu baxımdan düşünürəm ki, Azərbaycanın da bu iqtisadi forumda Prezident səviyyəsində iştirak etməyi əhəmiyyətlidir. Hələ nəzərə alsaq ki, Azərbaycana qarşı Ermənistan Vətən müharibəsindən sonra dünyada bir qaralama kampaniyası aparır. Azərbaycanın obrazını bir işğalçı, müharibə tərəfdarı obrazı kimi təqdim etməyə çalışır. O zaman belə forumların əhəmiyyəti daha da artır ki, belə forumlarda həmin o beynəlxalq aktyorlarla, dünya liderləri olsun və yaxud da böyük iş adamları olsun, media kapitanları olsun bir qeyri-rəsmi və yaxud da rəsmi görüşlər keçirilməsi mümkündür. Eyni zamanda bütün dünyanın aparıcı medialarının diqqəti də bu forumda olduğu üçün bu hər bir dövlət üçün əvəzolunmaz bir fürsət olub. Burada onlar iştirak etməsəydi itirəcəyimiz xüsusi bir şey olmazdı. Amma fürsətlər əldən qaçar.

Azərbaycan Prezidenti də kifayət qədər prezidentlərlə, baş nazirlərlə görüşlər keçirdi. Yəqin ki iki razılaşmalar var. Yəqin ki bu forumdan sonra o görüşlərin nəticələri daha da inkişaf etdiriləcək. Ümumən Davos İqtisadi Forumunda iştirak etmək Azərbaycanın maraqlarına uyğundur”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər