Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı artıb


Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin kiçik biznesə yiyələnməsinə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin proqrama cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub.

Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq öz kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin edilirlər.

Əlaqəli Xəbərlər