Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb


ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq. SİA xəbər verir ki, bu barədə Prezident Donald Tramp sərəncam imzalayıb.

Sənəddə, həmçinin ABŞ-ın 35-ci prezidentinin qardaşı Robert Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin öldürülməsi ilə bağlı əvvəllər əldə olunmayan materialların açıqlanması da nəzərdə tutulur.

Tramp sərəncamı imzalayarkən deyib: “Bu, böyük bir şeydir, elə deyilmi? Bir çox insan bunu uzun illərdir, onilliklərdir gözləyirdi”.

Əlaqəli Xəbərlər