Polşadan olan turist Kolumbiyada yamac paraşütü ilə uçarkən dərəyə düşüb və həlak olub.
SİA-nın məlumatına görə, hadisə videoya çəkilərək Britaniyanın Daily Mail tabloidində dərc olunub.
Yanvarın 21-i çərşənbə axşamı, 38 yaşlı Paulina Biskupın Roldanillo şəhərində yamac paraşütü ilə məşğul olmaq qərarına gəldiyi bildirilir.
Uçuş zamanı o, paraşütünə nəzarəti itirib, havada şiddətlə yellənməyə başlayıb, sonra isə paraplançının kəmərindən sürüşərək aşağı düşüb.
İnternetdə yayılan görüntülərdə hadisənin şahidlərindən biri qışqırır: “Bax, yıxıldı!”
Kolumbiya Milli Polisinin sözçüsü deyib ki, Biskup “qoşqusunu bağlamayıb və nəticədə uçuruma düşüb”.
Bundan əvvəl daha bir xarici turist Hindistanın Qoa kurortunda yamac paraşütü ilə uçmaq qərarına gəlib, dərəyə düşüb və sağ qalmayıb.
Nazlı Almuradova