Bu istiqamətdə cərimələr iki dəfə artırılır


Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr iki dəfə artırılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Məcəlləyə təklif edilən dəyişikliklə dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 350-550) məbləğdə cərimə ediləcəklər.

Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə isə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 1 200 manatadək (hazırda 400-600) məbləğdə cərimə ediləcəklər.

Qeyd edək ki, qanunun tələblərinin pozulmasına görə cərimələrdən toplanan vəsaitin 50 faizi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavə olunacaq.

Əlaqəli Xəbərlər