Birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq


Azad edilmiş ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

İş planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub və qeyd edilib ki, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.

Əlaqəli Xəbərlər