İtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ-də birincidir


İtaliya Avropa İttifaqına (Aİ) üzv 27 dövlət arasında ötən il kənd təsərrüfatında ən yüksək əlavə dəyərə malik ölkə olub. SİA xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, 2024-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,4 faiz, əlavə dəyər isə 3,5 faiz artıb. İl ərzində kənd təsərrüfatı sektorunda 42,4 milyard avroya bərabər əlavə dəyər formalaşıb. Buna əsasən bitkiçilik və heyvandarlıqda istehsal həcminin artması öz təsirini göstərib.

İtaliyanın Baş naziri Ciorcia Meloni kənd təsərrüfatındakı artım tendensiyasını və əlavə dəyər göstəricisini tarixi rekord adlandırıb.

Qeyd edək ki, keçən il İspaniyada kənd təsərrüfatında 39,5 milyard avroluq, Fransada 35,1 milyard avroluq və Almaniyada 31,9 milyard avroluq məhsul istehsal olunub.

Əlaqəli Xəbərlər