ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərindəki Palisades və Eaton meşə yanğınlarında ölənlərin sayının 28-ə yüksəldiyi, cəmi 37 min 469 dekar sahənin yandığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də başlayan meşə yanğınları ilə mübarizə davam edərkən, fəlakətin qurbanları yenidən ağırlaşıb.
Los Anceles Ədli Tibb İnstitutundan verilən açıqlamaya görə, Palisades yanğınında 11, İton yanğınında 17 nəfərin ölümü ilə ölənlərin sayı 28-ə yüksəlib. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada, 23 min 448 dekar sahəyə yayılan və 6 min 500-dən çox strukturu külə çevirən Palisades yanğınının yüzdə 65 nəzarət altında olduğu bildirilib. Yanğının 14 min 21 dekar ərazini əhatə etdiyi və 9 min 410 tikilinin məhv olduğu bildirilərkən, onu yararsız hala salan İton yanğınının 89 faiz söndürüldüyü qeyd edilib.