Liman vasitəsilə yüklərin sürətli daşınması üçün hansı tədbirlər görülür?


“Regionun ən müasir logistika mərkəzi və limanı olan Bakı Limanı vastiəsilə daşınan yük həcmində mütəmadi olaraq artım müşahidə edilir. Təkcə 2024-cü ildə, Bakı Limanında 7.6 milyon ton yük aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 3% artımdan xəbər verir. Ayrı-ayrı yük növləri üzrə ən çox artım isə konteyner aşırılmasında müşahidə edililib. Beləki, ötən limanda 2023-cü illə müqayisədə 73% daha çox, 76 775 TEU konteyner aşırılıb”. Bu sözləri Bakı Limanının mətbuat katibi Elmar Həbibli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkəmizdən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üçün mühüm əhəmiyyətə sahib olan Bakı Limanında yükaşırmada operativliyin təmini üçün mütəmadi olaraq yeniliklər edilir: “Müasir logistik həllərin tətbiqi ilə yanaşı, yükaşırma əməliyyatını sürətləndirən texniki avadanlıqların təmini, limanın infrastruktur imkanlarının genişləndirilməsi və peşəkar kadrların hazırlanması bu addımların ən mühüm hissəsini təşkil edir.

Proqnozlara əsasən gələcəkdə Bakı Limanına cəlb ediləcək yük həcmində ciddi artım gözlənildiyindən Cənab Prezident İlham Əliyevin də göstərişi ilə Bakı Limanının tikintisinin ikinci fazasının icrası nəzərdə tutulur ki, bu da limanda artacaq yük həcminin daha operativ formada aşırılmasında mühüm roll oynayacaq. İkinci fazasnın inşası ilə Bakı Limanının ümumi yükaşırma həcminin 15 milyon tondan, 25 milyon tona qədər, həmçinin konteyner aşırma gücünün 100 000 TEU ekvivalentindən, 500 000 TEU ekvivalentinə qədər artırılması mümkün olacaq. Bu isə ölkəmizdən keçən yük həcminin artmasına və iqtisadiyyata əlavə dəyər qatmağa mühüm töhfə verəcək”.

Əlaqəli Xəbərlər