2024-cü ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 27,8 %-i Rusiya Federasiyası, 16,2 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3,1 %-i Pakistan, hər birindən 1,8 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 %-i Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Belarus və Böyük Britaniya, 12,1%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,3 %-ini kişilər, 32,7 %-ini qadınlar təşkil edib.
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan – 2 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Qırğızıstandan – 49,6 %, Qazaxıstandan – 48,6 %, Pakistandan – 46,7 %, Filippindən – 44,3 %, Omandan – 41,6 %, İordaniyadan – 39,7 %, Polşadan – 37 %, ABŞ-dan – 35,1 %, İtaliyadan – 35,1 %, Almaniyadan – 27,4 %, İrandan – 27,2 %, Niderlanddan – 27,1 %, Türkmənistandan – 27 %, Tacikistandan – 21,7 %, Səudiyyə Ərəbistanından – 21,6 %, Yəməndən – 21 %, Fransadan – 20 %, Böyük Britaniyadan – 19,2 %, Misirdən – 17,2 %, Rusiyadan – 17 %, Özbəkistandan – 17 %, Ukraynadan – 15,6 %, Türkiyədən – 12,7 %, Moldovadan – 11,8 % artıb.
2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 % artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 % artaraq 425 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 % artaraq 979 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.