…Ruslar tərəfində döyüşən Şimali Koreya qüvvələri döyüşlərdəki ağır itkilərdən sonra Kursk vilayətində cəbhə xəttindən çıxarılıblar.
SİA-nın məlumatına görə, bu barədə “The New York Times” yazıb.
Beləliklə, Ukrayna və ABŞ rəsmiləri bildiriblər ki, Rusiya qoşunları ilə birlikdə Ukraynaya qarşı vuruşan Şimali Koreya əsgərləri ağır itki verdikdən sonra cəbhə xəttindən geri çəkiliblər.
Nəşrin anonim mənbələri qeyd edir ki, Şimali Koreya qoşunları təxminən iki həftədir cəbhədə gözə dəymir.
Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya 11 minə yaxın əsgər göndərdiyi deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin əvvəllər dediyi kimi, üç aydan çox davam edən döyüşlərdə Şimali Koreya qüvvələrinin sayı iki dəfə azalıb.
Maraqlıdır ki, Ukraynalı hərbçilər Şimali Koreyalıları “şiddətli döyüşçülər” olduqlarını etiraf edirlər, lakin aralarındakı nizamsızlıq və rus bölmələri ilə birliyin olmaması tez bir zamanda onların arasında itkilərə səbəb oldu.
Xatırladılır ki, Şimali Koreya əsgərləri az sayda zirehli texnika ilə və nadir hallarda yenidən qruplaşmaq və ya geri çəkilmək üçün dayanırdılar.
ABŞ rəsmiləri “The New York Times”-ə bildiriblər ki, Şimali Koreya qoşunlarını cəbhə xəttindən çıxarmaq qərarı dəyişə bilər. Onlar bildiriblər ki, Şimali Koreya əsgərləri əlavə təlimdən sonra və ya ruslar belə yüksək itkilərdən qaçmaq üçün onları yerləşdirməyin yeni yollarını tapdıqdan sonra döyüş meydanına qayıda bilərlər.
Əli Babayev