Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb


Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var”, – mətbuat xidməti bildirib.

Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır.

Əlaqəli Xəbərlər