…Son illərdə rusiyalı sahibkarlar, ixtisaslı mütəxəssislər, mühəndislər, həkimlər və hətta müəllimlər də daimi yaşamaq üçün Çinə köçməyə başlayıblar.
Maraqlıdır ki, miqrasiya yüksək əmək haqqı və daha yaxşı iqtisadi perspektivlərlə əlaqələndirilir.
Deyilənlərə görə, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Sosioloji Mərkəzinin tədqiqatçıları belə qənaətə gəliblər.
SİA-nın məlumatına görə, bu barədə “Nezavisimaya qazeta” yazır.
Sosioloqların fikrincə, Çinə gedənlər əsasən paytaxt regionlarının – Moskva və Sankt-Peterburqun sakinləridir. Bununla belə, rusların əhəmiyyətli bir hissəsi Sibir və Uzaq Şərqdən, xüsusən də Trans-Baykal diyarından, Buryatiyadan, İrkutsk vilayətindən, Krasnoyarskdan, Xabarovskdan və Primorsk ərazilərindən də miqrasiya edirlər.
Tədqiqatçılar hər il təxminən 11 min rusiyalının Çinə köçdüyü statistikaya istinad edirlər. 2020-ci ildə ölkə əhalisinin siyahıya alınmasına görə, 16 mindən çox rus Çində daimi yaşayır.
Bu arada rusiyalı ekspertlər, Çində rusların real sayının 40-50 min nəfər arasında ola biləcəyini ehtimal edirlər.
Tədqiqatçılar yazır ki, Çində daimi yaşayan ruslar böyük əmək bazarları olan böyük şəhərlərə meyl edirlər. Belə ki, Pekində 10 minə yaxın, Şanxayda 5-6 min, Harbin, Quançjou, Urumçi, Honq Konq və Makaonun hər birində 2-3 min nəfər yaşayır.
Sahibkarlar və yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, tələbələr və pensiyaçılar da Çinə gedirlər.
Deyilənlərə görə, tələbələr təhsil almağa, pensiyaçılar isə “qışlamağa” gedirlər.
Yəni Çində müxtəlif müddətlərdə mövsümi yaşayış üçün…
Lakin bəzən bu, miqrasiyanın daimi formalarına çevrilir, Bu Rusiya Elmlər Akademiyasının araşdırmasında deyilir.
Onu da deyirlər ki, pensiyaçılar Çinə əsasən Sibir və Uzaq Şərq regionlarından gedirlər.
…Bu gün, Çində 2,5 mindən çox rus millətinin nümayəndəsi də yaşayır, o cümlədən çinlilərlə nikahdan olan nəsillər… Onların əksəriyyəti Sintszyan-Uyğur Muxtar Rayonunun İli və Taçenq, Heilongjiang əyalətinin Poqraniçnoye və Daxili Monqolustan Muxtar Bölgəsindəki Eerqonq şəhərlərində yerləşirlər.
Sosioloqlar qeyd edirlər ki, rus volostu olan Enhe, titul milliyyətinin rus olduğu yerlərdə xüsusilə seçilir. Onların fikrincə, rusdilli icmalar Rusiya ilə Çin arasında “Rusiya maraqlarının kanalına çevrilə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verə bilərlər”.
Əli Babayev