…Rusiya vətəndaşları ölkədəki siyasi gərginlik səbəbindən Abxaziyaya getməkdən imtina edirlər.
Bunu Ümumrusiya Xarici Ticarət Akademiyasının Beynəlxalq Otel İdarəetmə proqramının kuratoru Mariya Kleeva deyib.
O qeyd edib ki, son illərdə Abxaziya ruslar arasında getdikcə populyarlaşıb və 2025-ci il mövsümü uğurlu keçəcəyini vəd edib.
Amma indiki gərginlik turist axınına mənfi təsir göstərir.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, ruslar ehtimal ki, rezervasiya etməkdən imtina etməyə davam edəcəklər.
Kleevanın sözlərinə görə, turistlərin Abxaziyada qalması üçün əsas amil regionun təhlükəsizliyidir.
O, əlavə edib ki, respublikaya getməkdən imtina edən ruslar ilk növbədə Krasnodar diyarına diqqət yetirirlər.
Xatırladaq ki, Rusiya və Belarus yeni turizm marşrutları açır. Populyar ölkələr isə, SİA-nın da bir müddət əvvəl yazdığı kimi,.. rus turistləri ruhdan salmaq üçün məhdudiyyətlər tətbiq edirlər.
Nazlı Almuradova