Rusiya Sudjadakı internat məktəbini vurdu





95 nəfər dağıntılar altındadır..?



Rusiya hərbçiləri Kursk vilayətinin Sudja şəhərində internat məktəbinin binasına hücum ediblər.

SİA-nın məlumatına görə, şəhər Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Sudjadakı komendantlığının mətbuat katibi Aleksey Dmitraşkovski xəbər verir.

Onun sözlərinə görə, hücum saat 17:54-də baş verib.

…95 nəfər dağıntılar altında qalıb. Dağıntılar altından insanların iniltiləri, qışqırıqları eşidilir. Nəzərinizə çatdırım ki, bu insanlar arasında yaşlılar və yataq xəstələri çoxluq təşkil edir. Hərbi komendantlıq hazırda axtarış-xilasetmə əməliyyatları aparır.

Dmitraşkovski qeyd edib.

Rusiya ictimaiyyəti binaya təyyarə bombası düşə biləcəyini yazırlar.

Əli Babayev

Əlaqəli Xəbərlər