Rusiya qoşunları hərbi imkanlarının zirvəsindən aşağı düşüblər





Və onlar artıq öz potensiallarını artıra bilməyəcəklər…



…Rusiya ordusu artıq hücum potensialını artıra bilmir, lakin onu “səviyyədə” saxlamaq üçün hələ də müəyyən resurslara malikdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatlar Şurasının sədri İvan Timoçko RBC Ukraynaya müsahibəsində bildirib.

…Bir neçə ay əvvəl mən dedim ki, ruslar öz imkanlarının zirvəsindədirlər, sonra zirvə yaylaya çevrilir və sonra isə potensialın faktiki tənəzzül anı… İndi görə bilərik ki, onlar zirvədən yaylaya doğru irəliləyirlər. Onlar onu artıra bilmirlər, lakin onu “səviyyədə” saxlamaq üçün hələ də bəzi resurslara malikdirlər…

Bunu deyən ukraynalı hərbçi bildirib ki, bu tendensiya elə də çox nəzərə çarpan deyilə bu bütün cəbhə xətti boyunca müşahidə olunur.

…Bu, onların səfərbərliyinin də geridə qalması ilə bağlıdır və biz onların çoxlu sayda anbarlarını, infrastruktur və neft emalı zavodlarını məhv edə bilmişik.

Amma…

…Rusların potensialını itirməsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlayacağı anlamına gəlmir, çünki hazırda Ukrayna ordusu da kifayət qədər çətin və gərgin vəziyyətdədir.

Bu, Timoçkonun etirafıdır.

…Döyüşlər bizim üçün çətin olacaq, çünki ümumilikdə düşmən gündə 60 və ya 40 dəfə hücuma keçsə də, bizim üçün o qədər də fərq etməyəcək, döyüşlər yenə də gecə-gündüz olacaq.

Elə bunu da o deyib və bəyan edib ki, ruslar tərəfindən potensialın itirilməsi Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayını azalda bilər.

…Bu, istədiyimiz qədər tez olmasa da, resurslarımızı artırmaq imkanı verir.

Və nəhayət Timoçko, bütün bunlara baxmayaraq, hələ ki, yaxın vaxtlarda cəbhədə hər hansı köklü dəyişiklikdən danışmaq mümkün olmayacağını da dilə gətirib.

Əli Babayev

Əlaqəli Xəbərlər